20 il sonra 20 sentyabr: TANAP-ın tarixi SİRRİ
Bizi izləyin

Nida.az

20 il sonra 20 sentyabr: TANAP-ın tarixi SİRRİ

“TANAP-ın sentyabrın 20-də təməlini atılması Bakının dünyaya mesajıdır”.



Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bu gün Bakıda TANAP-ın təməlqoyma mərasimini şərh edərkən deyib.



Onun sözlərinə görə, 1994-cü ildə mərhum Heydər Əliyev “Əsrin müqaviləsi”ni məhz sentyabrın 20-də imzalamışdı: “Həmin müqavilə ilə Azərbaycan dünyada öz əhəmiyyətli yerini tutdu. Kiçik bir ölkə bütün Avropanın taleyində mühüm rol oynadı. O vaxtı da SSRİ dağılmış, geosiyasi vəziyyət çətin idi.

İndi də Ukrayna böhranından sonra çətin geosiyasi vəziyyət yaranır. Belə bir vaxtda Azərbaycan amili yenə ortaya çıxır və TANAP-ın təməli atılır. Hansı ki, bu layihə Avropanın enerji təhlükəsizliyini təmin etməkdə yardımçı olacaq. Məhz buna görə, TANAP-ın 20 il sonra sentyabrın 20-də təməlinin atılması Heydər Əliyev siyasətinin davam etdirildiyinə dair ciddi mesajdır.

Bu layihə Azərbaycanı və Türkiyəni region və qlobal səviyyədə yüksəldəcək”.



Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm