• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

BAXCP-də müşavirə keçirilib

  • Nida.az
  • 21 Sentyabr 2014 17:16
  • 423 Baxış
BAXCP-də müşavirə keçirilib

Toplantıda bələdiyyə seçkilərinə hazırlıq və təşkilat məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) mərkəzi qərargahında partiyanın rəhbər strukturlarının Bakı, Sumqayıt və Abşeron rayon (şəhər) təşkilatları ilə birgə müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan BAXCP-nin Baş katibi Söhrab Abdullayev müşavirə iştirakçılarına partiya sədrinin tövsiyyələrini çatdırıb, BAXCP İdarə Heyətinin qərarları barədə məlumat verib. Baş katibin giriş sözündən sonra BAXCP sədrinin ictimai-siyasi əlaqələr üzrə müavini Niyaməddin Orduxanlı, beynəlxalq məsələlər üzrə müavin Elçin Mirzəbəyli, ideoloji və təbliğat məsələləri üzrə müavin Dünyamalı İmaməliyev, diaspor qurumları və türk cümhuriyyətləri ilə iş üzrə müavin Yaşar Kələntərli, Ali Məclisin sədri Teyyib Qənioğlu, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli və digər partiya funksionerləri çıxış edərək gündəlikdə duran məsələlər barədə fikirlərini açıqlayıblar.

Daha sonra bələdiyyə seçkilərinə hazırlıq və təşkilat məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR