“Nezavisimaya Qazeta”: “Bakı “qaz savaşı”na qatılmaqda maraqlı deyil”
Bizi izləyin

Nida.az

“Nezavisimaya Qazeta”: “Bakı “qaz savaşı”na qatılmaqda maraqlı deyil”

“Yeni qaz dəhlizi Azərbaycanın neft siyasətinin növbəti müvəffəqiyyətidir”.

Publika.az xəbər verir ki, Rusiyanın “Nezavisimaya Qazeta” nəşri TANAP-ın təməlinin atılması haqqında yazıb.


Nəşr yazır ki, bu boru kəmər “Şahdəniz” yatağının qazını 2018-ci ildə Türkiyəyə çatdıracaq, 2019-cu ildə isə qaz Avropaya çıxacaq. Rəsmi məlumatlara görə, layihənin ümumi investisiya həcmi 45 milyard dollara qədər yüksələcək.


Azərbaycan ilkin mərhələdə 16 milyard kubmetr qaz verəcək, sonrakı mərhələdə bu 20 milyard kubmetrə qədər artacaq.


Lakin nəşr hesab edir ki, Azərbaycan qazı Rusiya qazına alternativ olmayacaq. Nə həcm baxımından bu mümkündür, nə də Bakı bunu istəyir. Azərbaycan sadəcə öz məhsulunu Avropa bazarına çıxarır və bundan gəlir götürür. Amma Qərb-Rusiya arasında hazırda davam edən qaz savaşında yer almaq Bakının marağında deyil.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm