Şöhrətpərəst, soyuqqanlı, inadkar... o, başqan olmaq istəyir - “Fizioqnomiya” testi
Bizi izləyin

Nida.az

Şöhrətpərəst, soyuqqanlı, inadkar... o, başqan olmaq istəyir - “Fizioqnomiya” testi

Publika.az Müsavat başqanlığına seçkilərin aktuallığını nəzərə alaraq, 4 namizədin hər biri haqqında “Fizioqnomiya” testi və bədən dillərinin təhlilinin köməyi ilə xarakteristikasını təqdim edir.

Qeyd edək ki, üz kodlarına əsaslanan bu elm sayəsində hər bir insanın xarakterini açmaq mümkündür. NLP Master Babək Bayramovla birlikdə başqanlığa namizəd Səxavət Əlisoyun “Fizioqnomiya” testini təqdim edirik:


Səxavət Əlisoy


Arayış: 1957-ci il Şərur rayonu Püsyan kəndində anadan olub. 1981-ci ildə Tibb Universitetini bitirib. 1998-ci ilə qədər Sumqayıtda həkim, baş həkim vəzifələrində çalışıb. 2000-ci ildən Bakıda yaşayır.

1998-ci ildən Müsavat Partiyasının üzvüdür. Müsavat başqanı İsa Qəmbərin müşaviri vəzifəsini yerinə yetirib.


Müsavat başqanlığına namizədliyini irəli sürəndən sonra partiyadakı vəzifəsindən istefa verib.


Baş: Azacıq yana əyilmiş baş duruşuna diqqət edəriksə, müşahidə qabiliyyəti yüksək, ayıq, başqalarını ələ salmağa meyilli və bir az da saxtakar bir tipi müəyyənləşdirmiş olarıq.


Alın: Böyük müşahidə qabiliyyətini və geniş üfüqləri görmə bacarığını alnın hədsiz genişliyi bizə söyləyir. Aypara şəkilli alın isə “fiziaqnomika” analizində burnunun ucundan uzağı görə bilməyən, monoton və aşağı bacarıqlara malik bir tipdən xəbər verir. Lakin alnın dördbucaq formasında olmasını da bura daxil edəndə təvazökarlığı da aydınlaşdırarıq.

Alnın, demək olar ki, qırışsız olması, öz sahibinin əyləncəyə olan meylindən xəbər verir.


Burun: Alınla eyni qövsdə olan burun, şöhrətpərəst bir tipi müəyyənləşdirir, mütənasib forması isə sakit təbiəti bildirir.

Gözlər: İri göz qapaqları, böyük göz bəbəyi, ifadəsiz gözlər, sıx və uzun kirpiklərlə qaşlardan ibarət bir mənzərə ilə qarşı-qarşıyıq. Güclü müşahidə qabiliyyəti bir daha təsdiqlənsə də, passivlik də parlaq bir şəkildə görünməkdədir. Həm də yumşaq bir xarakter barədə məlumat almış oluruq.


Dodaqlar: Qalın dodaqlar sahibində həssaslıq və gözəl qəlbin olmasını hiss etdirir.


Qulaqlar: Yastı, dar və uzun qulaqlar isə tədbirli, soyuqqanlı, iradəli və tamahkar bir tipi aşkar edir.


Çənə: İrəli çıxmış çənə iradə gücü yüksək, azad, dürüst, inadkar və sərt bir xarakter haqqında məlumat verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm