Amerika nəşri: “Vaşinqton İŞİD-lə mübarizədə Bakının dəstəyini qazanmalıdır”
Bizi izləyin

Nida.az

Amerika nəşri: “Vaşinqton İŞİD-lə mübarizədə Bakının dəstəyini qazanmalıdır”

Amerikanın “The Hill” nəşri Vaşinqtonun beynəlxalq təhlükəsizlik məsələsində tutduğu mövqeni tənqid edib.


Publika.az xəbər verir ki, nəşr İŞİD-ə qarşı mübarizənin başlanğıc olduğunu, Amerikanın bütün potensialını bu istiqamətdə sərf etməkdənsə, paralel olaraq Cənubi Qafqazı və regionun Azərbaycan və Gürcüstan kimi ölkələri ilə hərbi əməkdaşlığı gücləndirməyin vacibliyindən yazır.


ABŞ 11 sentyabr hadisələrindən 13 il sonra da qlobal sülhü qorumaq üçün beynəlxalq terrorizmə qarşı mübarizəni davam etdirir. Bu gün Suriya və İraqda İŞİD, Şimali Afrika və Nigeriyada “Boko Haram” təhlükəsi qalır. Lakin bu, dünyanın təhlükə atmosferində Vaşinqton üçün narahatlığın başlanğıcıdır.


Qlobal təhlükəsizliyin ayrılmaq hissəsi olan qeyri-sabit regionlarda müttəfiqlərinə laqeyd münasibət Vaşinqton üçün ölümcül zərbə ola bilər. Bu məlumdur ki, terror təşkilatlarına qarşı mübarizə fonunda ABŞ-ın müttəfiqlərinə dəstək ifadə etməsi üçün bir qədər zaman lazımdır. Lakin ABŞ bu məsələdə uğursuz olarsa, düşmənə qarşı döyüşdə riski böyük olacaq.

ABŞ-ın təhlükəsizlik dilemması qarşısında qaldığı gün Obama administrasiyası İŞİD-ə qarşı mübarizədə problemlərlə qarşılaşır. İttihamlar var ki, Vaşinqton xarici siyasətə hazır deyil, hansı ki, bu, Ukraynada özünü göstərdi. Buna paralel olaraq, Yaxın Şərq böhranı da bu fikirləri gücləndirir.

Obama Administrasiyası 11 sentyabr ildönümü ərəfəsində İŞİD-ə qarşı əməliyyat planını açıqladı və beynəlxalq koalisiyanın yaradılacağını bildirdi.

Ağ Ev bu prosesi tərkib hissəsi kimi ABŞ-ın etibarlı regional müttəfiqləri ilə güclü koalisiyanın yaradılmasına başlamalıdır. Bu kontekstdə Vaşinqton ABŞ-ın ənənəvi dəstəkçiləri, xüsusilə Cənubi Qafqazda Gürcüstan və Azərbaycanla hərbi əlaqələri genişləndirməlidir. Onların əhəmiyyətini daha yüksək ölçmək olar. İraq və Suriyadan fərqli olaraq burda sabit iqtisadiyyat var və hər iki ölkə Qərb meylini gizlətmir. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili keçmiş prezident Buşun yaxın dostu idi, o, ölkəsində bir çox inkişafa nail oldu.

Azərbaycan beynəlxalq enerji təhlükəsizliyində mühüm rola malikdir, baxmayaraq ki ərazisinin 20 faizini 1990-cı ilin müharibəsində itirib.

ABŞ regional təhlükəsizlik infrastrukturun inkişafı və İŞİD-ə qarşı əməliyyatlarda Azərbaycan və Gürcüstanın yardımına nail olmalıdır.


Gürcüstan əməliyyatlara hərbi, Azərbaycansa maliyyə vəsaiti ilə kömək edə bilər. Beləliklə, müharibədən bezmiş ABŞ ictimaiyyətini sakitləşdirmək də mümkün olacaq.

Gürcüstan: Bu ölkə NATO ilə sıx əməkdaşlıq edir. Əfqanıstanda beynəlxalq təhlükəsizliyə yardım qüvvələrində iştirak edib, həmçinin, ABŞ dəyərlərinin əsas müdafiəçisidir. Gürcü ordusunun gücləndirilməsi istiqamətində atılan addımlar İŞİD-ə qarşı əməliyyatlarda bu ölkənin potensialını artırır.


Azərbaycan: Bu ölkə balanslaşdırılmış siyasəti inşa etməklə Qərb oriyentasiyasını da saxlayır. Bütün Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyində Azərbaycan böyük risk edərək 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atıb. Həmçinin, eyni siyasət bu gün də davam edir.
Gürcüstan kimi Azərbaycan da ABŞ-la birgə İraq və Əfqanıstanda terrorizmə qarşı mübarizə aparıb. Bu baxımdan, Azərbaycan Yaxın Şərqdə ABŞ-ın əməliyyatları üçün təkanverici məkan ola bilər.


Analizlər göstərir ki, Vaşinqton Cənubi Qafqazın bu iki ölkəsi ilə İŞİD əməliyyatlarını müzakirə etməlidir.


Nəşr yazır ki, İraq müharibəsi əsasında genişlənən İŞİD Əl-Qaidənin davamı hesab olunur və bu gün Suriya və İraqda qeyri-sabit vəziyyətdən istifadə edərək genişlənir. “İslam dövləti” yaratmaq adı altında İŞİD beynəlxalq təhlükəsizliyə ciddi zərbədir.

Bu fonda Azərbaycan və Gürcüstanın dəstəyi bir daha qlobal təhlükəsiz sistemin yaradılması üçün əsas ola bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm