Milli Məclisin ilk iclasının gündəliyinə 37 məsələ daxil edilib
Bizi izləyin

Nida.az

Milli Məclisin ilk iclasının gündəliyinə 37 məsələ daxil edilib

Milli Məclisin sentyabrın 30-da keçiriləcək payız sessiyasının ilk iclasında gündəliyə 37 məsələ daxil edilib.


Bu barədə Publika.az-a parlamentin deputatı Zahid Oruc məlumat verib.


Deputat bildirib ki, onun üzvü olduğu Müdafiə və təhlükəsizlik komitəsində hələlik iki məsələ müzakirə olunub: “Biri hərbi qulluqçuların statusu ilə bağlı qanuna dəyişiklik, digəri isə yanğın təhlükəsizliyi haqqında qanuna dəyişiklikdir. Bundan başqa hələlik hansı məsələlərin olacağı dəqiq deyil”.


Lakin Z. Oruc sessiyanın başlanğıcında ilk iclasın gündəliyinə 37 məsələnin salınmasını olduqca çox hesab edir.

“Bu qədər məsələni bir günə müzakirə edib qəbul etmək çoxdur. Həftədə iclasların sayını çoxaltmaq daha yaxşı olar. Belə olsa, bütün məsələləri müzakirə etməyə kifayət qədər vaxt olar”, - deyə deputat bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm