Başqanlığa namizədlər debata gedir: “Bu, dedi-qodunun qarşısını alar”
Bizi izləyin

Nida.az

Başqanlığa namizədlər debata gedir: “Bu, dedi-qodunun qarşısını alar”

Müsavat başqanlığına namizədlər arasında debat keçirilə bilər.

Publika.az xəbər verir ki, bu təkliflə sıravi müsavatçılar çıxış edib.


“Debat çox nəsnələrə aydınlıq gətirər”


Məsələyə münasibət bildirən başqanlığa namizəd Səxavət Əlisoy bu təklifi müsbət qiymətləndirib.

“Debat çox nəsnələrə aydınlıq gətirər və sosial şəbəkələrdə dedi-qodunun qarşısını alar. Təklifə münasibətim müsbətdir”, - deyə o, Publika.az-a açıqlamasında bildirib.


“Fərqi yoxdur, istər qapalı, istər açıq debata hazıram”


Başqanlığa digər namizəd Tural Abbaslı Publika.az-a açıqlamasında bildirib ki, o, istər qapalı, istər açıq debata hər zaman hazırdır: “Seçki mühitində debat əsas elementlərdəndir. Bu, seçicilərə seçimlərində kömək edir. Odur ki, mən debata həmişə açığam. İstər partiya daxilində qapalı, istərsə də mediada açıq debat olsun. Düzdür, qurultay partiyanın daxili işidir və buna görə debatın qapalı olması daha yaxşıdır. Amma mənim üçün fərqi yoxdur, istər qapalı, istər açıq debata hazıram”.


Arif Hacılı ilə Qubad İbadoğlu susur


Qeyd edək ki, məsələ ilə bağlı digər iki namizəd - Arif Hacılı və Qubad İbadoğlu mövqeyini açıqlamayıb.
Sentyabrın 27-nə təyin edilən qurultaya 5 gün qalıb. Deməli, debat üçün cəmi 5 gün vaxt var.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm