• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qazaxıstandan İrəvana daha bir zərbə

  • Nida.az
  • 22 Sentyabr 2014 14:27
  • 963 Baxış
Qazaxıstandan İrəvana daha bir zərbə

Rəsmi İrəvanın Avrasiya İttifaqı ilə bağlı planları Astana sammitindən sonra növbəti dəfə suya düşmək üzrədir.

Publika.az-ın verdiyi xəbərə görə, “Aykakan Jamanak” nəşri Qazaxıstanın Avrasiya İttifaqına Ermənistanın üzvlüyünü “məhv etmək” niyyətində olduğunu bildirib.

Erməni qəzetinin verdiyi məlumata görə, Astanada üzvlük məsələsinin son nəticəsinin yalnız 15 oktyabrda hazır olacağı bildirilir. Diplomatik kanallarla Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndələri Ermənistan və Rusiyaya məlumat veriblər ki, Gömrük Şurasının 10 oktyabrda keçiriləcək Minsk sammitinə qədər Ermənistanın Avrasiya İttifaqına üzvlüyü haqqında paket üzrə qəti qərara gəlmək mümkün olmayacaq.

“Aykakan Jamanak”ın mənbəyi qeyd edib ki, məsələ ilə məşğul olan erməni diplomatları Rusiya Xarici İşlər Nazirliyi ilə konsultasiyalara başlayıb.

“Onlar Qazaxıstan prezidenti Nursultan Nazarbayevin mövqeyi ilə bağlı hirslənib. Rusiya rəhbərliyi 10 oktyabrda Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü təmin etməyə köklənib”, - deyə mənbə vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR