Elmar Məmmədyarov Nyu-Yorka gedir
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov Nyu-Yorka gedir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək məqsədilə bu gün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib. Bu barədə Publika.az XİN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində E.Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı nəzərdə tutulub.

Həmçinin nazirin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirak edəcəyi və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görüşlər keçirəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm