Serj Sərkisyan yenə öz ampluasında: Kosova və Qarabağın fərqi yox imiş
Bizi izləyin

Nida.az

Serj Sərkisyan yenə öz ampluasında: Kosova və Qarabağın fərqi yox imiş

Vatikanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan yerli “Corriere della Sera” qəzetinə verdiyi müasahibədə özünəməxsus fikirləri ilə yenidən gündəmə gəlib.

Publika.az-ın verdiyi xəbərə görə, Ermənistan prezidenti Kosovo və Qarabağ məsələləri arasında heç bir fərqin olmadığını bildirib.

Serj Sərkisyanın fikrincə, indiki şərtlərlə Dağlıq Qarabağın problemi gec həll ediləcək. “Bu yalnız Azərbaycanın davakar əhvali-ruhiyyəsi ilə deyil, həm də Türkiyə ilə bağlıdır. Türkiyə Azərbaycanı dəstəkləyir. Bu ölkə erməni xalqının soyqırımı faktını inkar etməkdə davam edir. 2015-ci ildə erməni “soyqırım”ının yüzilliyi qeyd ediləcək. Mən Türkiyə prezidenti Ərdoğanı da tədbirə dəvət etmişəm. Amma Türkiyə prezidentinin gələcəyini düşünmürəm”, - Sarkisyan deyib.

Krım məsələsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamənin əleyhinə səs verdiyini xatırlayan Ermənistan prezidenti qeyd edib ki, bu mövqeyi yalnız Rusiya ilə bağlı olmayıb: “Ermənistan qətnaməyə qarşı səs verdi. Yalnız ona görə yox ki, Rusiya da eyni addımı atdı. Bildiyiniz kimi, Dağlıq Qarabağın problemi mövcuddur. Əhalinin əksəriyyəti ermənilər olan Dağlıq Qarabağ Azərbaycandan ayrılmağa qərar verib. Xalqların öz müqəddəratının təyinetmə prinsipi bizim üçün əsas prinsipdir. SSRİ-in dağıldığı dövrdə Avropa öz müqəddəratını təyinetmə hüququnu tamamilə dəstəklədi. Ermənistan, Azərbaycan və həmin Ukrayna bu prosesin gedişatında müstəqil oldular. Kosovonun müstəqilliyini xatırlayaq. Dağlıq Qarabağla Kosovanın heç bir fərqi yoxdur”.

Kosovo və Krım məsələləri arasında oxşarlığın olub-olmamasına gəlincə, Ermənistan prezidenti deyib ki, Krım barəsində mühakimə vermək hüquqlarına malik deyil. Ancaq gün kimi aydındır ki, söhbət xalqın öz müqəddəratını təyin etmək haqqından gedir. İstənilən halda biz öz müqəddəratını təyin etmək hüququ ilə ölkənin ərazi bütövlüyü arasında ziddiyyət görmürük. Bunların hər ikisi BMT-nin təməl prinsiplərini təşkil edir”.

Ermənistan prezidenti onun ölkəsi Türkiyədən “erməni soyqırımı” haqqında bəyanatları gözlədiyini vurğulayıb.

S.Sərkisyan Ermənistanın Şərq və Qərb arasında əməkdaşlığın saxlanılmasında maraqlı olduğunu dilə gətirib: “Kiçik ölkələr qərarların qəbulunda böyük qlobal mərkəzlər arasında ziddiyyətlərlə oynayaraq böyük risk edirlər. Biz Rusiya Federasiyası ilə strateji və iqtisadi münasibətlərə malikik, vahid kollektiv təhlükəsizlik sisteminə daxilik. Amma eyni zamanda Birləşmiş Ştatlar, Avropa Birliyi və NATO ilə çox gözəl münasibətlərə malikik. Beləliklə, onların münasibətlərindəki gərginlikdə neytral mövqedə dayanırıq. Biz konkret məsələlərin ətrafında xarici siyasətimizi qururuq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm