Fərid Şahbazlı: “Avropa parlamenti belə qətnamələrlə özünü nüfuzdan salır”
Bizi izləyin

Nida.az

Fərid Şahbazlı: “Avropa parlamenti belə qətnamələrlə özünü nüfuzdan salır”

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tamamilə qeyri-obyektivdir və yalnız ölkəmizə siyasi təzyiq göstərmək məqsədi daşıyır”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) sədri Fərid Şahbazlı bugünlərdə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Fərid Şahbazlı deyib ki, Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi və cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir: “Bu qüvvələr ölkəmizin müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir və belə subyektiv mülahizələrə əsaslanan qətnamələrlə Azərbaycana təzyiq etmək istəyirlər. Ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Azərbaycanda kiminsə siyasi motivlərlə təqib olunmasından və həbsindən söhbət belə gedə bilməz. Avropa Parlamenti və bu qəbildən olan təşkilatların belə uydurma qətnamələrlə Azərbaycana təzyiq etmək, onun müstəqil siyasət həyata keçirməkdən çəkindirmək cəhdləri yenilik deyil. Ancaq, bu qurumlar anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız Avropa olacaq. Çünki bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sürətlə reallaşdırılan siyasi-iqtisadi islahatları görür və təqdir edirlər. Avropa Parlamenti ayrı-ayrı məkrli dairələrin sifarişi əsasında belə qərəzli qətnamələr qəbul etməklə qurumun imicinə sarsıdıcı zərbə vurur, onu nüfuzdan salır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm