“Bu adam soyadını dəyişməlidir” - Siyavuş Novruzovdan iranlı deputata CAVAB
Bizi izləyin

Nida.az

“Bu adam soyadını dəyişməlidir” - Siyavuş Novruzovdan iranlı deputata CAVAB

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpurun növbəti dəfə Azərbaycanı hədələməsinə cavab verib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında deyib:

“Mən ilk növbədə çox təəssüf edirəm ki, bu adamın soyadı Həqiqətpurdur. Bu adam soyadını dəyişməlidir. Çünki onun söylədiyi fikirlərin heç birində həqiqət yoxdur. Dəfələrlə Azərbaycanın dövlət rəhbərliyi bəyan edib ki, ölkəmizin ərazisindən İrana və ya digər ölkələrə hərbi müdaxiləyə icazə verilməyəcək. Yəni, Azərbaycan ərazisindən hər hansı qonşu dövlətə qarşı istifadə ola bilməz. Biz bunu öz əməlimizlə hər zaman sübut etmişik. Ancaq Həqiqətpur öz köhnə əməllərini ört-basdır etmək üçün mütəmadi olaraq bu cür açıqlamalar verir və iki ölkə arasındakı münasibətləri korlamağa çalışır”.

S.Novruzov həmçinin deyib ki, bu adam vaxtilə Azərbaycan dövlətinə qarşı bir neçə təxribat cəhdləri planlaşdırıb:

“Bakının 8-ci kilometr deyilən ərazisində yerləşən binada Həqiqətpurun ofisi olub və həmin yerdə Azərbaycanın mövqelərilə bağlı düşmən tərəfinə məlumatlar ötürüb. Bu səbəbdən də onun barəsində cinayət işi açılıb. Yəni, bu adam Azərbaycanda axtarışda olan adamdır. Onun İran-Azərbaycan münasibətlərinin korlanması istiqamətində fəaliyyəti özünün digər cinayət əməllərinin ört-basdır edilməsinə xidmət edir”.

Description: https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm