AŞPA prezidenti iqtidar və müxalifət partiyalarını görüşdürür – ÖZƏL
Bizi izləyin

Nida.az

AŞPA prezidenti iqtidar və müxalifət partiyalarını görüşdürür – ÖZƏL

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur sentyabrın 23-də Bakıda hakim və müxalifət partiya rəhbərləri ilə görüşəcək.

Publika.az-ın əldə etdiyi məlumata görə, görüş sabah saat 11.00-da Milli Məclisin binasında baş tutacaq.

Görüşdə hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, Milli Məclisdə təmsil olunan siyasi partiya rəhbər şəxslərinin də iştirakı gözlənilir.

Sözügedən görüşlə bağlı məsələyə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.az-a açıqlamasında belə bir görüşün olacağını təsdiqləyib:

“Sabah belə bir görüş olacaq və həmin görüşdə biz də iştirak edəcəyik”.

Bundan əlavə, Anne Brasseurin sabah Prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Xatırladaq ki, AŞPA prezidenti bu gün Bakıda bir qrup hüquq müdafiəçiləri, siyasətçilər və jurnalistlərlə də görüş keçirib.

Görüşdə demokratiya ilə bağlı ölkədəki son vəziyyət, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının Azərbaycanda necə yerinə yetirilməsi və QHT-lərlə bağlı qanuna edilməsi gözlənilən dəyişikliklər müzakirə edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm