• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənistanda Azərbaycan casusu tutulub? - TƏFƏRRÜAT

  • Nida.az
  • 5 Fevral 2014 15:47
  • 668 Baxış
Ermənistanda Azərbaycan  casusu tutulub? - TƏFƏRRÜAT

Azərbaycan Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri təkzib edib

zərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs edilib.

“Axar.az”ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, həbsin Ermənistan xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bildirilir.

Həbs edilən şəxsin 1953-cü il təvəllüdlü Xaçik Martirosyan olduğu qeyd edilib. Xüsusi xidmət orqanlarının yaydığı bəyanatda onun Azərbaycanın Gürcüstandakı səfirliyi ilə öz təşəbbüsüylə əlaqə saxladığı və Azərbaycana məlumat ötürmək istədiyi iddia edilib.

Onun bu addımında əsas məqsədin Azərbaycandan maliyyə yardımı almaq olduğu deyilib.



Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin bildirib ki, X.Martirosyan qazanc əldə etmək məqsədilə 2013-cü ilin avqustunda öz təşəbbüsü ilə Azərbaycanın Gürcüstandakı səfirliyinə üz tutaraq səfirliyin patronajlığı altında fəaliyyət göstərən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə qurub və öz xidmətlərini təklif edib.

O, Azərbaycan tərəfindən hərbi xarakterli informasiyalar ötürmək tapşırığı alıb və bu istiqamətdə müəyyən addımlar atıb. X.Martirosyan aldığı informasiyaları Azərbaycan tərəfinə ötürməyə cəhd etsə də, onun bu əməlinin qarşısı alınıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti fakt üzrə cinayət işi qaldırıb, istintaq aparılır.Öz növbəsində Azərbaycan Müdafiə və Milli Təhlükəsizlik Nazirlkləri məlumatı təkzib edib.

"Bizə belə bir adam bəlli deyil". Bu barədə “Axar.az”a Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlama verib. O, Ermənistan tərəfinin yaydığı informasiyanı sadəcə bir cümlə deməklə təkzib edib. “Bizə belə bir adam bəlli deyil”. Qeyd edək ki, bu gün Ermənistan xüsusi xidmət orqanları Azərbaycana məlumat ötürmək istəyən erməni polkovniki həbs etdikləri haqqında informasiya yaymışdılar. Onlar bu şəxsin 1953-cü il təvəllüdlü Xaçik Maritosyan olduğunu bildirmişdilər. Məlumatda həmçinin onun bu addımı atmaqda əsas məqsədinin Azərbaycandan maliyyə yardımı almaq olduğu qeyd edilmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR