Aqil Abbas: “Bunu düşmənlərimiz də müşahidə edir”
Bizi izləyin

Nida.az

Aqil Abbas: “Bunu düşmənlərimiz də müşahidə edir”

ATƏT daha 20 il başımızın altına yastıq qoya bilməz”

“Mən ATƏT-ə, onun Minsk qrupuna inanmıram. Onlardan heç nə gözləmirəm”.

Bunu Milli Məclisin deputatı Aqil Abbas ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri, habelə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşünü şərh edərkən deyib.

Deputat əlavə edib ki, ATƏT-in Minsk qrupunun üzvləri ölkəyə ancaq kabab yeməyə gəlirlər: “Sonra isə Ermənistana gedib konyak içməklə məşğuldurlar. Onlardan heç nə gözləməyə dəyməz. İyirmi ildir ki, gəlib-gedirlər”.

Deputat daha sonra vurğulayıb ki, Azərbaycan prezidenti də bəyan edib ki, Qarabağ münaqişəsinin son anda həlli müharibədən keçir: “Hər şey sona çatıb, ancaq hələlik müharibəni istəmirik. Danışıqlar prosesi sona çatmalıdır. Bu şahmat oyunu kimi bir prosesdir. Sona qədər mübarizə aparacaqsan, baxıb görəcəksən ki, kim mat oldu. Əlbəttə, heç kəs istəməz ki, müharibə olsun, qan tökülsün, yenidən şəhidlər verilsin, anaların gözü yaşlı qalsın. Amma ATƏT bundan sonrada 20 il başımızın altına yastıq qoya bilməz. Biz də torpağımızı heç kəsə verəsi deyilik”.

Aqil Abbas xatırladıb ki, ötən həftə Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçib, silah sənayesində silahların sərgisini təşkil edib: “Ən vacib məsələsi budur. İki qardaş birgə hərbi təlimlər keçib. Mən bunu qiymətləndirir və sevinirəm. Bunu həm də düşmənlərimiz də müşahidə edir”.

Nemət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm