
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Cənub Qaz Dəhlizi”nin təməlinin atılması ilə bağlı fikirlərini özünün “Twitter” səhifəsində bölüşüb.
Publika.az xəbər verir ki, N. Məmmədov qeyd edib
ki, Azərbaycan 20 ildən bir qədər artıq müddətdə 2-ci beynəlxalq
əhəmiyyətli layihənin həyata keçirilməsi üçün imza atdı.
“Azərbaycan və Bolqarıstan Prezidentlərinin, bir neçə Baş nazir və
nazirin iştirak etdiyi təməlqoyma mərasiminə Avropa Komissiyasının
prezidenti Joze Manuel Barozzo və ABŞ dövlət katibi Con Kerri də
təbriklərini göndərdilər. Enerji sahəsində əməkdaşlıq tarixinə “XXI
Əsrin Kontraktı” kimi daxil olan bu layihə həm Azərbaycana, həm də
iştirakçı dövlətlərə öz töhfəsini verəcəkdir”- deyə N. Məmmədov
bildirib.
Asif