Tərs, həssas, eqoist, şair ruhlu... ən gənc başqan o ola bilər - “Fizioqnomiya” testi
Bizi izləyin

Nida.az

Tərs, həssas, eqoist, şair ruhlu... ən gənc başqan o ola bilər - “Fizioqnomiya” testi

Publika.az Müsavat başqanlığına seçkilərin aktuallığını nəzərə alaraq, 4 namizədin hər biri haqqında “Fizioqnomiya” testi və bədən dillərinin təhlilinin köməyi ilə xarakteristikasını təqdim edir.

Qeyd edək ki, üz kodlarına əsaslanan bu elm sayəsində hər bir insanın xarakterini açmaq mümkündür. NLP Master Babək Bayramovla birlikdə başqanlığa namizəd Tural Abbaslının “Fizioqnomiya” testini təqdim edirik:

Arayış: 1982-ci il, 13 sentyabrda Ağstafa rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Siyasi fəaliyyətə gənc yaşlarından başlayıb. Müsavatda sıravi üzv, Gənclər Təşkilatının sədri olub. Hazırda Divan üzvüdür. Başqanlığa namizədlər arasında ən gəncidir. 32 yaşı var, subaydır.


Tural Abbaslı


Baş: Başın əsas duruş forması önə doğru əyildiyindən bu şəxsin yüksək zəkaya malik olduğu ehtimal edilir.


Alın: Eninə doğru inkişaf etmiş alına malik şəxslər çox zaman ağıllı olmaları ilə seçilirlər. Tərs çevrilmiş piramida forması isə, bu tipin melanxoliya, hiyləgərlik, yalançılıq, və eqoistlik kimi xarakterlərə malik olduğunu bildirir. Alnın sahəsinin çox kiçik olması, öz sahibinin hərəkətli, çevik olmasını bildirsə də, bu şəxsdə mənəvi dəyərlərin çox böyük olmasını söyləmək çətindir. Üfüqi, paralel və az bilinən alın qırışıqları isə, sağlam düşüncə və ədalət işarəsidir.

Burun: Dimdikvari buruna malik şəxslər, əsasən şair ruhlu olurlar. Qartal dimdiyini xatırladan bu forma öz sahibinin könlütox və alicənab olduğunu göstərir.


Gözlər: Geniş açılmış, əhvalın dəyişməsi ilə əlaqədar ifadəsi də dəyişən gözlər. Söhbət zamanı əsasən müsahibinin birbaşa gözünün içinə baxır, qaşlar ortadan yuxarı doğru qalxır və gicgahlara doğru aşağı dartılır, kirpiklərsə kəskin bir şəkildə yuxarı doğru qatlanır. Bunlar böyük ehtimalla enerjili, aktiv, tərs, xahiş və əmrlərin asta yerinə yetirilməsinə dözməyən, cəsur, qərarlı, cəsurluğu sayəsində hədsiz dərəcədə sözü üzə deyən tiplərdir.


Dodaqlar: Azacıq ətli və xətləri dəqiq bilinən dodaqlar öz sahibinin gözəl qəlbli, səmimi olduğunu göstərir.


Qulaqlar: Yuxarı hissəsi iti qulaqlar, ağıllı, mülayim, yerini və sözünü bilən bir tipi ortaya qoyurlar. Qulaqların dik forması isə xəstəliyə meyilliliyi bildirir.


Çənə: Ətli çənə olaraq adlandırılan bu çənə formasına malik şəxslər, çox zaman ağıllı, həssas və eqoist olurlar.

Qeyd: Burada haqqında danışılan şəxsin qəbul etmədiyi məqamlar ola bilər. Qarşı tərəfin fikirlərini yayımlamağa hazırıq.

Başqanlığa digər namizədlərin “Fizioqnomiya” testini burdan oxuya bilərsiniz.

http://publika.az/site/p/43013

http://publika.az/p/43144

http://publika.az/p/43521


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm