Nida.az
“Ər-Riyad və Ankara Bakıda toqquşur”- Azərbaycana “dini təsir” savaşı
“Yaxın Şərqdə baş verən dini savaşda ABŞ-la yanaşı, Səudiyyə
Ərəbistanı və Qətərin də marağı var. Lakin bu ekstremist qrupların
hansısa ölkələr tərəfindən yaradıldığı iddialarını qəbul etmirəm,
sadəcə olaraq, müəyyən qüvvələr onlara kömək edir”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İslam
Komitəsinin rəhbəri, azərbaycanlı politoloq Heydər Camal deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bir qruplaşmaya dəstək
verirsə, Qətər heç vaxt o qruplaşmaya yaxınlaşmır, yaxud əksinə:
“Yəni, misal üçün, Qətər bir qruplaşmaya kömək edirsə, Səudiyyə
Ərəbistanı ona nifrət edir. İndiki halda belə bölünür: Ən-Nusra
Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir, İŞİD-i isə Qətər
dəstəkləyir. ABŞ İŞİD-ə qarşı ümumi cəbhə yaratmağı təklif edir,
İran bundan imtina edir. Tehran hesab edir ki, cəbhə yaratmaq
bəhanədir, məqsəd Suriyaya müdaxilə və regiona qayıtmaqdır. Bunun
arxasında dərin geosiyasi oyun dayanır”.
H. Camal qeyd edib ki, İslam dünyasında parçalanma təkcə sünni və
şiələr arasında baş vermədi: “Hər bir tərəf öz daxilində də
parçalanır. Sünni radikalizmin iki modeli yarandı. Sələfilik və
cihada qarşı çıxanlar. Onlar siyasətdən və silahlı mübarizədən
kənarda dayanırdılar. Lakin bu gün cihad tərəfdarları belə öz
daxillərində parçalanıblar, hansı ki, bir çoxları zülmün
tərəfdarıdır. Buna görə də ümumi baxışda Ankara və Tehran
razılaşır. Ola bilsin ki, Qətər da bura daxildir, amma bəzi
məsələlər fərqli baxış yaradır”.
Azərbaycanlı politoloq radikal islamın Rusiya, eləcə də MDB üçün təhlükələrini açıqlayıb. Onun fikrincə, geosiyasi oyunlarda alətə çevrilən radikal qruplar Qərb və Rusiya arasındakı mübarizədə də istifadə edilə bilər: “Biz bilirik ki, bu gün bu qrupların tərkibində MDB-dən, Qafqazdan olan kifayət qədər cihadçı var. Onlar potensial təhlükədir”.
H. Camal Azərbaycan haqqında da danışıb. Bildirib ki, bu gün
Qətərlə Səudiyyə Ərəbistanının “kurasiya” altına aldığı ərazilər
var.
“Qətər Yaxın Şərqdə son vaxtlar aktivləşib. Səudiyyənin bir müddət
öncə əsas hədəfi post-sovet ölkələr, müsəlman əhalinin çoxluq
təşkil etdiyi ərazilər idi. Bura Azərbaycan və digər türkdilli
ölkələr də daxildir. Məhz buna görə Ər-Riyad Ankara ilə bəzi
məqamlarda toqquşurdu. Amma Səudiyyənin Yaxın və Orta Şərqdə nüfuzu
da getdikcə artır”, - deyə o bildirib.
Qeyd edək ki, iki ay öncə ABŞ-ın “Stratfor” beyin mərkəzi də Səudiyyə Ərəbistanının Azərbaycana dini müdaxiləsindən bəhs etmişdi.
Mərkəz yazırdı: “Səudiyyə Ərəbistanı İran və şiə maraqlarını vurmaq üçün bu gün Yaxın Şərqdə “İslam dövləti” cihadını dəstəkləyir. Hazırda şiələrin əsas üstünlük təşkil etdiyi ölkələr Cənubi Qafqazda Azərbaycan, Yaxın Şərqdə İran, Suriya, İraq, eləcə də onların kompakt yaşadığı şiəliyin ələvi qoluna məxsus olan Kərkük, Mosul və digərləri var. Səudiyyə əsas bu ölkələr üzrə hərəkətə keçir. Ər-Riyad bu ölkələrdə şiəliyə qarşı olanları, xüsusilə sünni məzhəbi və bu məzhəbdən törəmələri geniş şəkildə dəstəkləyir, maliyyə yardımları ayırır. Misal üçün, bunun nümunəsi kimi Azərbaycanı göstərmək mümkündür. Hansı ki, Cənubi Qafqaz üç ölkəsindən ən çox müsəlman olan bu ölkədə son vaxtlar ənənəvi şiəlikdən sünniliyə və buna yaxın məzhəblərə axın çoxalıb. Ər-Riyad üçün İranın qonşuluğunda güclü şiə cəmiyyətini heç arzulamır. Söhbət hansısa islam dövlətinin yaradılmasında getmir, sadəcə İranı əsas dayaqlarından olan şiəliyin zəiflədilməsindən gedir. Bunun üçün də Səudiyyə geniş propaqanda üçün kifayət qədər səy göstərir”.
Şərqşünas politoloq Zərdüşt Əlizadə də Publika.az-a açıqlamasında Azərbaycanda yayılan vəhhabiliyi kənar mərkəzlərə bağlayır. Onun fikrincə, Səudiyyə Ərəbistanı İŞİD-dən öz maraqları üçün istifadə edir.
“Ümumilikdə baş verənlərə səbəb olan vəhhabilik Amerikanın Səudiyyə
ilə birgə planıdır. Əgər nə vaxtsa Amerika istəsə, İŞİD təhlükəsi
Azərbaycan üçün reallığa çevriləcək. Amma bu baş vermir. Çünki
burda başqa maraqlar var. Lakin bu, getdikcə mənfi tendensiya
yaradacaq və başqa terror qrupları eyni davranışlar sərgiləyəcək”,
- deyə şərqşünas politoloq bildirib.
Asif Nərimanlı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"