• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qənirə Paşayeva Səma Aksoyun ilə Qarabağ münaqişəsini müzakirə edib

  • Nida.az
  • 23 Sentyabr 2014 13:30
  • 593 Baxış
Qənirə Paşayeva Səma Aksoyun  ilə Qarabağ münaqişəsini müzakirə edib

Millət vəkili Qənirə Paşayeva Ankara Vəkillər Kollegiyasının(Barolar Birliyi) başqanı Səma Aksoyuna erməni yalanlarından danışıb.

Ankara Vəkillər Kollegiyasının binasında qurumun dəstəyi ilə Qarabağ münaqişəsi, erməni yalanları, Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində keçirilən sərgi və konfransda iştirak və çıxış edən millət vəkili Qənirə Paşayeva Ankara Vəkillər Kollegiyasında (Barolar Birliği) kimi nüfuzlu bir quruma rəhbərlik etmək üçün seçilməsi münasibəti ilə Səma Aksoyunu təbrik edərək, onun rəhbərliyi dövründə Ankara Vəkillər Kollegiyası (Barolar Birliği) ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını deyib.

Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır öz evinə dönə bilməməsi ilə bağlı geniş söhbət edən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün birgə səylərimizi daha da artırmalıyıq deyib.“Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olamalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi”. O bildirib ki, “22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil, türk olduğu üçün gerçəkləşdirildi. Bunu erməni “ziyalıları” özləri etiraf edirlər. Ona görə də türk insanının əsas vəzifəsi harada doğulub harada yaşamasından asılı olmayaraq, Xocalı soyqırımının dünyada tanınmasına nail olmaqdır”. Xocalı soyqırımının yalnız 22 il əvvəl baş verən hadisə olmadığını onun köklərinin 100-150 il öncə ermənilərin qurduğu məkrli plana söykəndiyini dilə gətirən millət vəkili hüquqçularımızı bu məsələlərin ortaya çıxarılmasında fəal olmalarını bildirib.

“Tarixə bələd olaraq bu hadisələrin təkrarlanmamasının və onu törədənlərin ədalət qarşısında cavab vermələrini təmin edə bilərik”. Beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsində ciddi bir rol oynayacağına inanmadığı deyən millət vəkili, Ermənistanın həmin təşkilatların qərarlarını yerinə yetirməməsinə baxmayaraq, heç bir ciddi addımlar atılmır deyə fikirlərinə əlavə edib. “Əlimizdə hüququ baxımdan bütün sənədlər var. Ancaq bunu hüququ yolla həll etməli olna bütün qurumlar üzərinə düşəni etmək fikrində deyillər. Oyunlar da oyunçular da ortadadır. Ermənistanın “ərköyün” davranışı bəzi ölkələrin maraqlarına uyğun gəlir”. O bildirib ki, “Bu gün ən əsas missiyamız olaraq gerçəkləri dünyaya daha da geniş çatdırmağı bacarmalıyıq. Bu soyqırımı törədənlərin layiqli şəkildə cəzalandırılması üçün lazımı işlər görülür. Görülən işlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində Xocalıda baş verənlərin soyqırım olması barədə qərarlar qəbul ediblər və bu ölkələrin sayı getdikcə artır.” Millət vəkili türk insanının Türk dünyasının böyük qazisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” Azərbaycanın ulu öndəri Heydər Əliyevin “bir millət iki dövlət” fikirlərində yola çıxaraq hərəkət etmələrinin vacibliyini vurğulayıb. O, Qarabağ münaqişəsi, Xocalı Soyqırımının daha geniş tanıdılması istiqamətində Ankara Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən konfrans, simpozium və tədbirlərin böyük önəm daşıdığını vurğulayaraq Səma Aksoyun başda olmaqla, Ankara Vəkillər Kollegiyasına təşəkkürünü bildirib. Azərbaycanı çox sevdiyini və rəhbərlik etdiyi qurumla qardaş Azərbaycan arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyən Səma Aksoyun hər zaman Azərbaycanın yanında olduqlarını bildirib.

Azərbaycanın işğal olunmuş əraazilərində minlərlə insanın qətlə yetirilməsinin böyük üzüntü olduğunu deyən Səma Aksoyun bundan sonra da hər zaman Qarabağ problemi və Xocalı Soyqırımının daha geniş tanıdılması, onu törədənlərin layiqli cəzalarını alması istiqamətində qardaş Azərbaycanın yanında olacaqlarını deyib. Görüşdə Türkiyə Vəkillər Kolleqiyasının üzvü,azərbaycan kökənli vəkil Səidə Ekmen və bir sıra ziyalılar da iştirak edib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Ankara Vəkillər Kollegiyasının sədrinə Azərbaycanla bağlı hədiyyələr təqdim edib və Ankara Barolar Birliyi başqanını Azərbaycana dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Səma Aksoyun Azərbaycanda olmaqdan da, işbirliyinin artmasından da böyük məmuniyyət duyacağını deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR