Almaniyalı deputat Azərbaycandan danışdı
Bizi izləyin

Nida.az

Almaniyalı deputat Azərbaycandan danışdı

Xristian Demokratlar partiyasının Drezdendən olan millət vəkili Marko Vandervitç “Aus dem Bundestag” (Alman parlamentindən) televiziya proqramında aparıcı Brinkmannın Azərbaycan haqqında suallarını cavablandırıb. Millət vəkili ilk əvvəl aparıcının “Sizi bu ölkəyə nə gətirib çıxarıb?” sualına cavabında qeyd edib ki, “məni Azərbaycana mədəniyyət siyasəti gətirdi, üzvü olduğum parlament qrupunda mədəniyyət və media siyasəti məsələləri ilə məşğulam. Siz bir neçə il öncə Azərbaycanda baş tutan Avroviziya Mahnı müsabiqəsinə toxundunuz, bundan başqa, Azərbaycan ilə Almaniya Federativ Respublikası arasında mədəniyyət sahəsində uzunmüddətli əməkdaşlıq mövcuddur.” Millət vəkili Almaniya ilə Azərbaycan arasındakı münasibətlərin tarixi köklərə malik olduğunu da vurğulayıb.

Müsahibədə Azərbaycanın müasir vəziyyətinə, xüsusilə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınageniş yer ayrılıb. Millət vəkili qeyd edib ki, “Azərbaycan dövlətinin mübahisəsiz ərazisinin böyük bir qismi Ermənistan tərfindən işğal edilib.” Həmin problemə toxunan Marko Vandervitç bildirib ki, “bu məsələ ilə bağlı BMT qətnamələri də vardır ki, orada da bunun qeyri-qanuni olduğu qeyd olunur. Lakin bu qətnamələr yerinə yetirilməyib. Ərazilər hələ də işğal altındadır və çoxlu qaçqınlar vardır. Digər problemlər də meydana çıxıb ki, bunlar da ərazinin artıq nəzarət altında olmamasından irəli gəlir. Buna misal olaraq, Krım böhranı ilə müqayisə aparmaq olar. Əlbəttə ki, Ukraynanın Avropa Birliyi, daha dəqiq desək, Polşa ilə sərhəddi olduğu üçün, biz bu məsələyə daha ciddi yanaşırıq. Bu mənada biz münaqişəyə daha yaxınıq. Düşünürəm ki, Ukraynadakı böhranla bağlı, biz Azərbaycandakı problemin həllinə də bir addım yanaşsaydıq daha yaxşı olardı. Hazırkı vəziyyət beynəlxalqhüquqa ziddir və dəyişiklik tələb olunur, hazırda bu dəyişikliyin edilməsinə Azərbaycandan daha çox Ermənistan töhfə verə bilər. Digər tərəfdən isə, Rusiya da böyük töhfə verə bilər, belə ki, Rusiya Federasiyasının ətrafında baş verən digər münaqişələrdə olduğu kimi, burada da Rusiya cəlb olunub.” Aparıcının Azərbaycan üçün də ciddi önəm daşıyan “Bəs necə olur ki, ikitərəfli danışıqların, AB və BMT qətnamələrinin və Almaniya Federativ Respublikasının istəklərinin heç bir təsiri yoxdur?” sualına millət vəkili belə cavab verib: ”Müəyyən bir həddə qədər biz səhnə arxasını görə bilmirik, lakin bu tam aydındır ki, Rusiya Ermənistanla yaxındır və onun üçün vacibdir. Buna görə də, bizim nəzərimizdə BMT-nin, ATƏT-in və Azərbaycanın son illər ərzindəki cəhdləri heç bir nəticə verməyib. Bu divara qarşı dayanmadan qaçmağa bənzəyir, təəssüf ki, bu dözülməz vəziyyət dəyişməyib və münaqişə açıq yara olaraq qalır.”

Millət vəkili problemin həlli yolundan bəhs edərkən birmənalı şəkildə bildirir ki, “ən asanı vəziyyətin Dağlıq Qarabağın Azərbaycan dövlətinin bir hissəsi olduğunu qeyd edən beynəlxalq hüquqa əsasən qanuni şəklidə həlli olardı.” Bunun ardınca aparıcının “Başqa sözlə, erməni əsgərləri çantalarını toplayıb, öz evlərinə yola düşməlidirlər” fikrinə də “Düzdür, siz qətnamələrə bu şəklidə xülasə verə bilərsiniz”,-deyə cavab verilir.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilərin qeyri-konstruktiv mövqeyinə, onların beynəlxalq təşkilatlar və Azərbaycana dəstəyini bildirən dövlətləri eşitməməsi barədə suala cavabında mövqeyini belə ifadə edib: “Məncə,ermənilər təbii ki, eşidirlər. Onların iştirakı ilə bir sıra çoxtərəfli danışıqlar keçirilir, lakin heç nə baş vermir. Qeyd etməliyəm ki, Ermənistan kiçik ölkə deyil, lakin BMT və ATƏT-in qətnamələrinə qarşı gedə biləcək qədər böyük ölkə də deyil. Belə məntiq ortaya çıxır ki, bu regionda öz maraqlarını qoruyan qonşu Rusiya münaqişəyə ciddi dərəcədə cəlb edilib.” Millət vəkili konkret olaraq AFR və Qərbi Avropanın münaqişənin həllindəki roluna da toxunaraq deyib: “Azərbaycan daha öncə dəfələrlə nümayiş etdirib ki, o müstəqil şəkildə hərəkət edir, bu əlbəttə ki, çox vacib haldır. Ona görə də, məsləhət olar ki, biz Almaniya Federativ Respublikası və Qərbi Avropa olaraq, Azərbaycanın münaqişəsinin həllinə daha yaxından qoşulaq və deyək: “Bir tərəfdən biz strateji enerji tərəfdaşlığını istəyirik, digər tərəfdən isə bu münaqişə ilə bağlı öz səsimizi qaldırmaq istəyirik və tezliklə vəziyyətdə irəliləyişin baş verməsi ümidi ilə barmağımızı bu açıq yaranın üzərinə qoyacağıq, çünki sizin istəyiniz mümkünsüz bir şey deyil, beynəlxalq hüquq sizin tərəfinizdədir.”

Millət vəkili Marko Vandervitç müsahibəsində regionda beynəlxalq münasibətlər və Almaniya Fedarativ Respublikası ilə Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə də toxunaraq, Azərbaycanı qeyri-stabil olan regionda stabil olan dövlət adlandırıb. Onun fikrincə “Azərbaycan zəngin neft və qaz ehtiyatlarının yaxınlığı baxımından yalnız Almaniya üçün deyil, Avropa üçün də maraqlı tərəfdaşdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm