Turbyorn Yaqland: “Avropa sərhədləri Azərbaycanda qurtarır”
Bizi izləyin

Nida.az

Turbyorn Yaqland: “Avropa sərhədləri Azərbaycanda qurtarır”

“Avropanın sərhədləri Norveçdən başlayaraq Azərbaycanda qurtarır”.

Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının keçmiş baş katibi Turbyorn Yaqland İsveçrə mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, coğrafi baxımdan bu belədir, lakin siyasi institutlar çərçivəsində ölçsək, o zaman bu sərhədlər Avropa Birliyi və Avropa Şurası ilə tamamlanır.

T. Yaqland Rusiyanın da Avropaya daxil olduğunu deyib. Bildirib ki, Rusiya Avropa dəyərlərinə tərəfdar olmaqla bağlı öhdəlik götürüb: “O, İnsan Hüquqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının üzvüdür. Əgər Ukrayna hadisələri fonunda çıxış etsək, deyə bilərik ki, burda siyasi proseslər başqa cürdür, amma 120 milyon rusiyalı Avropa dəyərlərinə əməl etməklə bağlı Strasburqda İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilərlər. Bütün mövcud problemlərə baxmayaraq, bu mənada Rusiya bizim dəyərlər sistemimizin bir hissəsidir”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm