Kamil Vəli Nərimanoğluna daha bir cavab: “65 yaşında özünü apara bilmir”
Bizi izləyin

Nida.az

Kamil Vəli Nərimanoğluna daha bir cavab: “65 yaşında özünü apara bilmir”

“Kamil Vəli Nərimanoğlu Əkrəm Əylisli və Cəmil Həsənli eyni xarakterli adamlardır”.

Publika.az-a açıqlamasında BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müxalifəti təhqir etməsinə dair yazısına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Kamil Vəli Nərimanoğlu ikiüzlü adamdır: “Bu adam utanmadan 65 yaşında özünü apara bilmir. Əli Kərimlinin əlbuyruqçusu olub. Özü də yaxşı bilir ki, 1993-cü ildə Kamil Vəli Heydər Əliyevin keçirdiyi müşavirədə yaltaq sifəti ilə başını əyəndə Əli Kərimli Kələkidə onun haqqında hansı təhqirləri edirmiş. Əbülfəz bəy hakimiyyətdən gedəndən sonra bu adam yeganə şəxs olub ki, prezident Əbülfəz Elçibəyin "istefa ver" çağırışına əməl etməyib. O vaxt bu adam baş nazirin müavini vəzifəsini daşıyırmış. Ancaq bütün yaltaqlığına baxmayaraq, mərhum Heydər Əliyev bu adamı vəzifəsindən qovdu. AzTV-nin arxivində bu yaltağın kadrları var. Kim istəsə, götürüb baxa bilər. Guya bu adam BAXCP sədri Qüdrət Həsənquliyevə cavab verib. Bu adam Qüdrət bəyin bununla bağlı dediyi faktların heç birini təkzib etməyib. Qüdrət bəy deyib ki, indi müavin olduğun Əli Kərimlini bir neçə il bundan qabaq “Yeni Müsavat” qəzetində təhqir edib “zurnaçı” adlandıran, prezident Əbülfəz Elçibəyin çağırışına əhəmiyyət verməyən, Heydər Əliyevə yaltaqlanan olmamısan?! Olmayıb bu hadisələr? İndi bir qrup gənclər bu faktları bilməz, ancaq o illərin içində olan və buna şahidlik edən xeyli insanlar var. Sənin əsl simanı bu gənclər də bilməlidir. Özünü “qəhrəman” kimi bu gənclərə sırıma. Elə sənin sədrin Əli Kərimli də vaxtilə Heydər Əliyevə yalvarırdı ki, onu hansısa bir ölkəyə səfir göndərsin. Kimdə bilməsə, Əli Kərimli dəqiq bilir ki, Əbülfəz Elçibəy haqqında ən iyrənc sözləri ona sən demisən və o da bunları mətbuatda yaydırıb. Əli Kərimlinin sahib olduğu “Məkan” qəzetində Əbülfəz Elçibəylə bağlı gedən o yazıları sən demişdin, Əli Kərimliyə?! Yadına düşdü?”

Niyaməddin Orduxanlı Kamil Vəlinin universitetdə işlədiyi dövrdə məşhur ləqəb sahibi olduğunu da xatırladıb: “Həmin illərdə oxuyan tələbələr yaxşı bilir ki, Kamil Vəliyə hansı əməlinə görə ləqəb qoymuşdular. Kamil Vəli hakimiyyətə gəlmək üçün istənilən addımı atmağa hazır olan insanlardandır. Özünü müxalifət adalandırır. Sən maraq müxalifətisən. Zorən müxalifətçilik edirsən”.

BAXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunu Əkrəm Əylisli və Cəmil Həsənli ilə eyni xarakterdə olduğunu da deyib: “Yaxşı ki, sənin kimlər çox deyil. Özünə oxşar Əkrəm Əylislidir, Cəmil Həsənlidir. Bu 3 adamın son 20 ildə etdikləri göz qabağındadır. Hər kəs də bunların etdiklərinin şahidi olub. Cəmil Həsənli hakimiyyətin pulu hesabına kitablar çap edib, kitablarında Azərbaycanı Qafqazın lider dövləti adlandırır. İlham Əliyevə yarınmaq üçün hər cür təriflər yağdırır. Sonrada utanmadan riyakarcasına özünü əsl “müxalifət” kimi cəmiyyətə təqdim edir. Bu adamlara nə deyəsən? Sənin bir tayında Əkrəm Əylislidir. İndi onu “Nobel” mükafatına layiq görüblər. Özü də kimlər? Ermənilər və ruslar. Elə bu faktın özü onu deyir ki, Əkrəm qəsdən o kitabı yazıb, ola bilsin ki, kitabda yazılanları da elə ermənilər yazıb göndərib bunun adı ilə çap etdiriblər. Hər üçünüz şəxsi marağınız üçün hər addımı atmısınız. Heç olmasa, bunu bilin ki, sizin əsl sifətinizi görən adamlar həddindən artıq çoxdur və sizləri yaxşı tanıyırlar”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm