Çexiya Azərbaycanin notasına cavab verdi
Bizi izləyin

Nida.az

Çexiya Azərbaycanin notasına cavab verdi

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı ölkəmizin Çexiyadakı səfirliyinin notasına Çexiya Xarici İşlər Nazirliyi cavab verib. Bu barədə Publika.az XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.

Notada Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəklədiyini təsdiq edir və Dağlıq Qarabağda xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair Azərbaycanın mövqeyi ilə bölüşdüyünü bildirir.

Çexiyanın Xarici İşlər Nazirliyi "GENOSERVİCE Corp., Ltd." şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edir və Azərbaycan tərəfini əmin edir ki, "GENOSERVİCE Corp., Ltd."şirkətinin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm