Elmar Məmmədyarov argentinalı həmkarına Qarabağdan danışdı
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov argentinalı həmkarına Qarabağdan danışdı

Azərbaycan Respublikası xarici işlər nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində argentinalı həmkarı Hektor Markos Timerman ilə görüşüb.

Publika.az-a bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Argentinalı nazir beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib. O, Hektor Markos Timermanı Azərbaycana rəsmi səfərə dəvət edib və bu dəvəti məmnuniyyətlə qəbul edilib.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm