Müharibə qapımızdadırmı? - Şərh
Bizi izləyin

Nida.az

Müharibə qapımızdadırmı? - Şərh

“Çünki Rusiya həmsədr ölkələrdən biridir. Digər bir tərəfdən, dünyada və regionda gedən proseslərə və Azərbaycan-Ermənistan arasında gedən danışıqların axarına baxsaq görərik ki, yaxın zamanlarda müharibənin başlayacağı real görünmür”

“Region dövlətlərinin iqtisadi və siyasi maraqları Dağlıq Qarabağda müharibəyə imkan verməz”.Publika.Az xəbər verir ki, bu barədə “Region” Beynəlxalq Analitik Mərkəzin sədri, politoloq Razi Nurullayev rusiyalı politoloq Sergey Markovun “Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmalar heç bir nəticə verməyəcək” fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Sergey Markov hakimiyyət içində müəyyən məlumatlara malikdir: “Çünki Rusiya həmsədr ölkələrdən biridir. Digər bir tərəfdən, dünyada və regionda gedən proseslərə və Azərbaycan-Ermənistan arasında gedən danışıqların axarına baxsaq görərik ki, yaxın zamanlarda müharibənin başlayacağı real görünmür”. Onun sözlərinə görə, həmsədrlər fevralda, ən gec isə martda prezidentlərin görüşünü təşkil etməyə çalışırlar.

“Başqa bir tərəfdən, hazırda müharibənin başlaması üçün konyuktura yetişməyib. Tərəflərdən heç biri birtərəfli qaydada müharibəyə başlamağa hazır deyil. Ona görə ki, başlayacaq müharibə bir çox region dövlətlərinin maraqlarına toxunacaq”-deyə R, Nurullayev bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm