Nida.az
Tomas de Vall: “Bu, Qarabağ münaqişəsinin paradoksudur”
“Soçi və Uels görüşü həmsədrlərin iştirakı olmadan keçdi. Lakin hesab edirəm ki, Paris görüşündə həmsədrlər iştirak edəcək. Hazırda ATƏT-in Minsk qrupunda bu üç ölkənin nümayəndəsinin yaxşı münasibətlərin olduğunu düşünürəm. xüsusilə, Ukrayna böhranından sonra bu ölkələrin prezident və xarici işlər nazirləri səviyyəsində deyil, həmsədrlər səviyyəsində olur. Amma yenə də Qarabağa dair ümumi yanaşmada hər birinin öz mövqeyi var və bu fikir ayrılığına səbəb olur”.
Publika.az xəbər verir ki, bu barədə “Karnegi”
fondunun eksperti, britaniyalı jurnalist Tomas de Vall erməni
mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna böhranı post-sovet məkanındakı münaqişələrə, eləcə də Qarabağa mənfi təsir göstərir. Britaniyalı jurnalist qeyd edib ki, Azərbaycanda erməni-rus ittifaqının hazırki status-kvonun qaldığını düşünürlər: “Buna görə də ümumi fonda mənfi təsirlər mövcuddur. Moskva isə hər iki tərəflə eyni məsafədə oynamağa üstünlük verir. Azərbaycanla əməkdaşlığı sıxlaşdırır, Ermənistana Avrasiya İttifaqına daxil etməyə söz verir. Bu oyun uzun müddətdir davam edir və Rusiya vəziyyətin belə qalmasında olduqca maraqlıdır”.
T. Valla hesab edir ki, hər iki ölkə demokratikləşmə prosesi
yaşayır. Lakin onun sözlərinə görə, demokratiya Qarabağ üçün
təhlükədir. Belə ki, demokratiyaya keçid münaqişə məsələsində də
ağrılı olur.
“Hər kəs anlayır ki, regionun inkişafını tormozlayan bu münaqişənin
həlli vacibdir. Lakin bu, iki ölkə rəhbərliyinin atacağı addımdan
daha çox asılıdır, nəinki digər vasitəçilərin. Bu Qarabağ
münaqişəsinin paradoksudur”, -deyə T. Valla bildirib.
Asif Nərimanlı
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO