MTN-dən Suriya və terror AÇIQLAMASI
Bizi izləyin

Nida.az

MTN-dən Suriya və terror AÇIQLAMASI

Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlər həyata keçirir və əməliyyat şəraiti nəzarət olunur.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərləri şərh edib.

MTN rəsmisi A.Babayev Publika.Az-a açıqlamasında deyib: “Bizim mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, maraq və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri və qabaqlayıcı tədbirlər həyata keçirir və əməliyyat şəraiti nəzarət olunur”.

Qeyd edək ki, son vaxtlar Azərbaycana qarşı davamlı terror hədələri, radikal dini qrupların fəallaşması, Suriyaya döyüşməyə gedən azərbaycanlıların sayının artması ilə bağlı xəbərlər ölkənin müvafiq rəsmi qurumlarını hərəkətə gətirib. “Meşə Qardaşları”, “Ceyşullah” kimi radikal silahlı qrupların adından yayılan açıq təhdid bəyanatları Azərbaycanın təhlükəsizliyi baxımından çox ziyanlı sayılır və ölkənin rəsmi qurumları hesab edirlər ki, bu cür bəyanatlarla insanlar arasında xof, təşviş yaratmaq, eləcə də hüquq-mühafizə orqanlarının nüfuzuna zərbə vurmaq məqsədi güdülür.

“Yeni Müsavat”ın etibarlı mənbələrdən aldığı məlumata görə, yayılan bu xəbərlərlə yanaşı hüquq-mühafizə orqanlarına bir sıra əməliyyat məlumatları daxil olub və buna görə də ölkənin bir sıra rayonlarında, xüsusən də şimal və şimal-qərb bölgələrində həyat keçiriləcək əməliyyat tədbirləri hazırlanıb. Məlumatda bildirilir ki, bu əməliyyat tədbirlərini ölkənin bir neçə hüquq-mühafizə orqanlarının xüsusi dəstələrinin əməkdaşları birlikdə keçirəcəklər.

Xəbərdə o da deyilir ki, “Meşə Qardaşları” və “Ceyşullah”ın hədələri ilə yanaşı adları açıqlanmayan başqa yeni yaranan radikal qruplar da var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm