“Nezavisimaya Qazeta”: “İŞİD Azərbaycanı hədəf alıb”
Bizi izləyin

Nida.az

“Nezavisimaya Qazeta”: “İŞİD Azərbaycanı hədəf alıb”

İŞİD Qafqazı, xüsusilə regionun əhalisi müsəlman olan Azərbaycanı hədəfə alıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu “Nezavisimaya Qazeta” nəşri Azərbaycan MTN-nin 26 nəfər İŞİD-çini həbs etdiyi əməliyyatını şərh edərkən qeyd edib.

Nəşr yazır ki, Suriya müharibəsində cihad amilləri gündəmə gələndə ora azərbaycanlıların da getdiyi xəbərləri yayılmağa başladı. Hələ o vaxtdan fikirlər var idi ki, gedənlərin üzərində təbliğat aparanlar var və onlar ölkədə yaşayanlardır.

Proseslər göstərir ki, İŞİD tərkibində vuruşan keçmiş müttəfiq ölkələrindən gəlmələr vətənlərinə gec-gec qayıdırlar. İnternetdə onların müəllimləri tərəfindən nümayiş olunan videomateriallara görə, onlar bir çox problemlər yaratmaq bacarığında olsalar da, heç nə etmək niyyətində deyillər. Azərbaycanda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat göstərdi ki, Bakı hakimiyyəti vəziyyəti öz nəzarətində saxlayırmış və lazımi məqamlarda ölkənin təhlükəsizliyi üçün təhdid olan problemlərin qarşısını almağı bacarır.


Əməliyyat nəticəsində Yaxın və Orta Şərqdə hərbi qruplaşmalarda iştirak edən 26 Azərbaycan vətəndaşı həbs edildi. MTN-nin sözçüsü Arif Babayevin mediaya açıqlaması diqqətdən yayınmırdı. Hansı ki o bildirdi ki, saxlanılanlar İŞİD və Taliban qruplaşmalarında, eləcə də digər radikal silahlı qruplaşmalarda iştirak edənlərdir.


İstintaqın gedişində məlum oldu ki, bu cür radikal qruplaşmalar Azərbaycanda öz sıralarına əsgər yığırlar. Bu işdə əsas fiqurlardan biri Firdovsi Yusifov və Taleh Soltanovdur, hansı ki onlar Pakistan ərazisində silahlı qruplaşmalarda iştirak ediblər.


F. Yusifov 2011-ci ilin ortalarında İrana gedir, Pakistanın Vəziristan əyalətinə qanunsuz olaraq keçir. Orada “Təhriki Taliban” qanunsuz silahlı qruplaşmlasına bağlı olan “Tayfatul Mənsur” dəstəsinin əmiri elan edilib. F. Yusifovla T. Soltanovun yolları Pakistanda kəsişir. Soltanov arvadı və qayınanası ilə birlikdə 2012-ci ilin sonlarında Pakistan ərazisində qeyri-leqal keçir və “Təhriki Taliban” qruplaşmasının başqa qolu olan “Seyfullah”a daxil olur.

Firdovsi və Taleh tanış olduqdan sonra İran vasitəsilə Suriyaya yollanmağı qərara alırlar. 2013-cü ildə onlar İran polisi tərəfindən saxlanılıb, 2014-cü ildə Azərbaycan tərəfinə təhvil verilib.


15 yaşlı Elvin Dursunəliyevin atası Vüqar Dursunəliyev tərəfindən Suriyaya döyüşə göndərilməsi onların nə qədər təhlükəli olduğunu göstərir.


Saxlanılanlardan Elşən Qurbanlı İŞİD-in təbliğatını apardığını etiraf edir. O, 2014-cü ilin mayında Türkiyəyə gedir, oradan “Əbu-Bəkr” ləqəbli bələdçinin köməyi ilə Suriyaya keçir və İŞİD-in tərkibinə daxil olur. E. Qurbanlı 2014-cü ilin avqustunda İŞİD tərkibində İraqdakı əməliyyatda iştirak edir, 35 nəfər ölür, o isə yaralanır.


Hazırda saxlanılanlarla bağlı istintaq davam edir. Lakin bu, İŞİD, ümumilikdə dini radikal çağırışların Azərbaycan üçün real təhlükəsini göstərir.

Nəşr yazır ki, internetdə yayılan videolar, eləcə də bəzi qeyri-rəsmi məlumatlar İŞİD tərəfdarlarının Azərbaycanda hələ də qaldığını göstərir. Yəqin ki, hələ passiv fəaliyyət göstərən bu radikallar da dövlətin nəzarətindədir.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədr müavini Elçin Əsgərov da Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hələ də İŞİD-i dəstəkləyənlər qalır ki, onların sayı yüzlərlədir.


“Ölkədə İŞİD-i gizli dəstəkləyənlər kifayət qədər var. Suriyaya, İraqa gedənlərin sayını nəzərə alsaq, deyə bilərik ki, bu üzdə olan informasiyalardır. Amma sosial şəbəkələrə nəzər yetirin, orda belə insanları açıq şəkildə görmək mümkündür. Müxtəlif gizli profillər altında İŞİD-in təbliğatını aparırlar. Ola bilsin ki, əksəriyyəti aktiv şəkildə qoşulmaqdan, təbliğ etməkdən çəkinir. Onlar hər an aktivləşə bilərlər”, - deyə ekspert bildirib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm