Rusiyalı ekspert: “İndiki məqamda Xəzərdə münaqişə heç kimə lazım deyil”
Bizi izləyin

Nida.az

Rusiyalı ekspert: “İndiki məqamda Xəzərdə münaqişə heç kimə lazım deyil”

“Xəzər sammiti mütəmadi olaraq keçirilsə də, sentyabrın 29-da Həştərxanda keçiriləcək sammit özlüyündə olduqca əhəmiyyətlidir. Çünki Xəzəryanı ölkələr regionun problemlərini müzakirə etməyə ehtiyac duyurlar”.


Publika.az xəbər verir ki, bu barədə Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixayev deyib.


Onun sözlərinə görə, Xəzərdən sərfəli şəkildə istifadə etmək sahil dövlətlərinin hər birinin marağında olan məsələdir: “Son geosiyasi proseslər fonunda onlar buna məcburdur. Çünki Xəzərdə münaqişə heç kimə lazım deyil. Lakin biz görürük ki, tərəflər arasında problemlər var və bu, gələcək inkişafa mane olur. Bu da status məsələsidir. İranın mövqeyi olduqca mürəkkəbdir. Uzun zamandır müzakirə mövzusu olan status məsələsində ümid var ki, bu sammitdə aralıq qərara nail olunacaq”.


Ekspert hesab edir ki, ikinci vacib məsələ regionun iqtisadi inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, burda karbohidrogenlərin çatdırılması üçün boru kəmərlərinin tikintisinə problemlər var: “Bunu həll etmək mümkündür, sadəcə olaraq, güzəştli variantlar axtarmaq lazımdır. Rusiya-Azərbaycan arasındakı güzəştli variantlar digər Xəzəryanı ölkələr üçün də nümunə ola bilər. Karbohidrogen maliyyənin əsas mənbəyidir və hər bir ölkə üçün əhəmiyyətlidir”.


Qeyd edək ki, sentyabrın 29-da Həştərxanda IV Xəzər sammiti keçiriləcək.
Sammitdə Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.

Liderlər Xəzər dənizinin sahilboyu ölkələrini narahat edən məsələləri qarşılıqlı müzakirə edəcək. Həmçinin, 2010-cu ildə Bakı sammitində qəbul olunmuş qərarların reallaşması, region dövlətlərinin əməkdaşlıq perspektivlərinin masaya səriləcəyi görüşdə çoxtərəfli sənədlərin imzalanması gözlənilir. “Xəzər beşliyi” liderləri həm də Vladimir Putinlə ikitərəfli görüşəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm