• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Leyboristlər Azərbaycanı müzakirə etdilər

  • Nida.az
  • 25 Sentyabr 2014 12:26
  • 572 Baxış
Leyboristlər  Azərbaycanı müzakirə etdilər

İngiltərənin Mançestr şəhərində Leyborist Partiyasının Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilmiş konfransı çərçivəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin gələcəyinin təmin edilməsində Azərbaycanın xüsusi rolu müzakirə mövzusu olub.

Böyük Britaniya Leyborist Partiyasının iki tanınmış siması, “kölgəli” energetika naziri Tom Qreatex və enerji və İqlimin Dəyişməsi Komitəsinin üzvü Qreham Strinqer Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar. Natiqlər qeyd ediblər ki, bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən Azərbaycan buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadakı ofisinin İctimayyətlə Əlaqələr üzrə meneceri Cek Peqoraro Avropa enerji böhranının səbəblərini belə açıqladı: “Məlum olduğu kimi, Böyük Britaniyanın elektrik enerjisinin yarısı təbii qaz vasitəsilə istehsal olunur. Britaniyadakı istehsal sürətlə azalır və son 3 ildə bu azalma 30 faiz olub. 2020-ci ildə biz Britaniya istehlakının 70 faizini idxal edəcəyik. Milli Enerji Sisteminin məlumatına əsasən, Britaniyanın köhnəlmiş enerji stansiyalarının tələb olunan miqdarda enerji istehsal etmək qabiliyyətinin olmaması səbəbindən bu ilin qışında enerjinin verilməsində fasilələr olacaq. Ukraynadakı vəziyyət Avropa İtifaqının enerji təhlükəsizliyi məsələləsini gündəmə gətirib. Rusiya Avropa İttifaqının qaz təhcizatının 30 faizini həyata keçirir. Amma onun siyasəti təhcizatı həyata keçirən ölkələrin müxtəlifliyinin vacib olduğunu göstərir. Əgər Russiya qazı Avropaya nəql olunmasa belə, Avropa İttifaqında qazın qiymətindəki cüzi artım Britaniyada bütün enerji daşıyıcıların qiymətinin artmasına səbəb olur”.

2013-cü ilin dekabrında Böyük Britaniyanın keşmiş xarici işlər naziri Uilyam Haque Azərbaycan höküməti ilə BP-nin “Şah Dəniz” Konsorsiumu arasında uzunluğu 2000 mil və dəyəri 45 milyard dollar olan qaz xətti sazişinin imzalanması mərasimində iştirak etmək üçün Azərbycana səfər etmişdir. Bu, “Şah Dəniz II” yatağından Azərbaycan qazının İtaliyadakı birləşdirici kəmərə nəqlinə və beləliklə, “Cənub” qaz dəhlizi layihəsinin həyata keçməsini nəzərdə tuturdu. Bu, keçmiş Baş nazir Tony Blerin “Şah Dəniz” Konsorsiumuna məsləhətçilik etməyi ilə nəticələnmişdi. Trans-Adriatik və Trans-Anadolu qaz xətləri yeddi ölkənin ərazisindən keçəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR