Nida.az
Həmsədrlər prezidentlərin görüşünü təşkil etmək istəyir
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində çalışırlar. Bu barədə "İnterfaks" agentliyi məlumat verir.
Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Yerevanda jurnalistlərə bildirib ki, danışıqlar prosesi yüksək səviyyədə davam etdirilməlidir: "İki prezidentin görüşünü təşkil etmək üçün onlara adekvat, dolğun təkliflər təqdim etmək lazımdır. Biz hazırda bunun üzərində çalışırıq".
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri ilə bağlı məsələlər müzakirə olunacaq: "Bəzi məsələlər Parisdə müzakirə olunacaq [Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə]. Bütün məsələlər həll olunmayıb. Digərləri üzərində işləyəcəyik".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı jurnalistlərə bildirmişdi ki, həmsədrlər Yerevana bir sıra təkliflərlə yola düşürlər.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var