“Bu adam nəfəsi qorxa-qorxa alır”- Etibar Məmmədova sərt ittiham - AMİP Əhməd Oruc davası
Bizi izləyin

Nida.az

“Bu adam nəfəsi qorxa-qorxa alır”- Etibar Məmmədova sərt ittiham - AMİP Əhməd Oruc davası

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə Azadlıq partiyası arasında qalmaqal davam edir.


Publika.az xəbər verir ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc AMİP-ə ittiham dolu cavab verib.

Ə. Oruc bununla bağlı yaydığı müraciətdə bildirib ki, o, AMİP haqda məcburiyyətdən belə danışıb: “Jurnalistlərdən biri məndən yenicə təsis olunmuş Demokratiya və insan haqları mərkəzində təmsil olunmayan partiyalara münasibətimi soruşdu. Mən də cavab verdim ki, milli demokratik prosesdə olan partiyalar AXCP istisna olmaqla, mərkəzdə təmsil olunur və AXCP-ni də dəfələrlə tədbirlərə dəvət etsək də, tədbirlərə qatılmır və mən hesab edirəm ki, nə vaxtsa qatılacaqlar. Jurnalist AMİP-in mərkəzdə olmamasını xatırlatdı, mən də bildirdim ki, AMİP də dəvət olunub, amma gəlmirlər və AMİP ümumiyyətlə siyasi proseslərdə yoxdur, məsələn, son prezident seçkilərində nə Milli Şuraya qoşuldu, nə özü ayrıca namizədlə çıxış etdi, nə hakimiyyəti, nə kimisə dəstəklədi, nə də seçkinin yekunları ilə bağlı mövqe bildirdi. Belə partiya olar? Yəqin, hakimiyyətdən heç bir sifariş olmamışdı. Açığı, mən məcbur olmasam, xoşuma gəlməyən, ikrah doğuran hər hansı bir məsələ haqda danışmıram”.


Ə. Oruc qeyd edib ki, AMİP Azərbaycanda milli hakimiyyətin yıxılması üçün Moskvanın təşkil etdiyi qiyamda iştirak edən murdar bir partiya kimi yadda qalıb: “Bu partiya Heydər Əliyevin məşhur “bir ağac əkməmisən...” nitqi ilə layiq olduğu yerə soxuldu. 1998-ci ildə bunlar öz xislətlərinə uyğun olaraq “sahiblərinə” də xəyanət etdilər, onu fitə basdılar. O gündən hər şeydən məhrum oldular, bu günə kimi bu partiya hakimiyyətə yüz dəfə ilan dili çıxarsa da, hələ də xəyanətləri bağışlanmayıb. Son parlament seçkilərində AMİP-in latın əlifbası ilə hələ də yaxşı yaza bilməyən vulkanizator sədrı İctimai Televiziyadakı 4 dəqiqəlik çıxışını müxalifəti hədələməyə sərf etdi. Mənim fikrimə cavab olaraq AMİP-dən bildiriblər ki, bu partiya dünyanın 69 ölkəsının sağ-mərkəzçi aparıcı 85 siyasi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının 1997-ci ildən üzvüdür. Burda İngiltərənin Hakim Konservatorlar, ABŞ-ın Respublikaçılar, İsveçin Moderat, Fransanın, Avtraliyanın, İtaliyanın, Macarıstan və s. kimi ölkələrin çox nüfuzlu partiyaları AMİP-in BDİ-dəki müttəfiqləridir. AMİP eyni zamanda Avropa Parlamentində ən çox deputat yeri olan, aparıcı fraksiya Avropa Xalq Partiyası ilə əməkdaşlıq edir. Azərbaycanda AMİP qədər geniş əlaqələri olan ikinci bir partiya yoxdur. AMİP lideri Etibar Məmmədov isə 2005-dən BDİ-nin sədr müavinidir.

Yaxşı, bu 69 ölkədə “demokratiyaya müavinlik edən Etibar bəyin” Azərbaycanda demokratiyanın vəziyyətlə bağlı bir cümlə nəsə dediyini eşidən olubmu? Son həbslərlə bağlı bunlar hakimiyyətin mövqeyini müdafiə etməldirlərmi? Son həbslərlə bağlı bunlar hakimiyyətin mövqeyini müdafiə etmədilərmi? Bu hesabla Etibar bəy dünya demokratiyasında əsas söz sahibi olmalı, öz ölkəsində demokratiyanın babası olmalı idi, axı? Hanı, heç nə yoxdur, bu adam nəfəsi də qorxa-qorxa alır. Ortada boz-bulanıq, kiməsə quyruq bulamaqdan başqa heç nəyə yaramayan, mövqesiz, milləti regionlara bölməklə hansısa xarici ölkələrdən sədəqə alan 3-4 qoturdan başqa nəsə varmı? - Yoxdu, yox, hər şeyləri saxtadır”.

Ə. Oruc “Bir daha məndən AMİP-i soruşmayın” deyib.


Qeyd edək ki, Ə. Orucun AMİP-i QHT səviyyəli partiya adlandırmasına partiyanın Mərkəzi Şurasının üzvü Əli Orucov Publika.az-a açıqlamasında sərt cavab verib.


“Əhməd Orucun başı inəklərinə o qədər qarışıb ki, dünyadan xəbəri yoxdur. Əhməd Orucun bu açıqlaması özünüifşa deməkdir. Çünki açıqlamasından da göründüyü kimi, bu adamın nə siyasətdən anlayışı var, nə də gedən siyasi proseslərdən. Onun kimi qeyri-ciddi birisinin dediklərinə reaksiya verməmək də olardı. Çünki AMİP haqqında nəsə demək Əhməd Orucun nə səviyyəsinə, nə də zəkasına uyğun deyil. Əhməd Oruc kimi dar düşünən, qazanda nəyin qaynadıldığından xəbəri olmadan qaşığını götürüb növbədə dava-dalaş salan kəslərə bir daha xatırlatmaq istərdim ki, AMİP Azərbaycanda ilk rəsmi qeydiyyatdan keçən, çoxpartiyalı sistemin əsasını qoyan sağ mərkəzçi partiyadır. Son parlament seçkilərinə AMİP-in qatılmamasının, eləcədə hansısa prezidentliyə namizədi dəstəkləməməsinin, həmçinin Milli Şurada təmsil olunmamasının izahı və seçkilərə münasibət AMİP tərəfindən dəfələrlə əsaslandırılmış şəkildə verilib. İndi bizim günahımız deyil ki, Əhməd Oruc bunları dərk edəcək halda deyil. Ölkənin aparıcı siyasi təşkilatlarından biri və birincisi olan AMİP bu gün də siyasi mübarizənin önündədir. Bunları görmək və dərk etmək üçün dərrakə, görən göz lazımdır. Məncə, Əhməd Oruc xırda təsərrüfatı ilə məşğul olsun, heç olmasa, ailəsinə bir xeyri dəyər”, - deyə AMİP funksioneri vurğulayıb.


Qeyd: Ə. Orucun cavab haqqını tanıyaraq bu açıqlamanı yayırıq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm