Rusiya nəşri: “Bakı kimi müttəfiqlər varkən Moskvanın sonu gəldi demək tezdir”
Bizi izləyin

Nida.az

Rusiya nəşri: “Bakı kimi müttəfiqlər varkən Moskvanın sonu gəldi demək tezdir”

Moskva meri Sergey Sobyaninin Bakı səfəri Rusiya-Azərbaycan münasibətlərini daha yüksək mərhələyə keçməsinə işarədir.

Publika.az xəbər verir ki, mer Azərbaycanda yüksək səviyyədə qəbul edildi. Səfərin məqsədi Moskva bazarlarına daha çox Azərbaycan malının çıxarılmasıdır.

Rəsmi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Moskva Azərbaycan üçün əhəmiyyətli partnyordur.

Sergey Sobyanin isə bildirib ki, həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”.

Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva şəhərinin meri bildirdi ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bunun daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyanin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirdi.

Rusiyanın “Vestik Kafkaz” nəşri Moskva merinin Bakı səfərini Rusiyanın xilası üçün atılan növbəti addım kimi dəyərləndirib.

Ötən həftə Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası iqtisadiyyat Komissiyasının iclasında hər iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində səslənən fikirləri xatırladan nəşr qeyd edib ki, Qərbin sanksiyaları fonunda Azərbaycan Rusiya üçün önəmli ölkədir.

“Avqustun 7-dən etibarən Ukrayna hadisələrinə görə Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq Rusiya Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Avstraliya, Norveç və digər ölkələrlə mal mübadiləsini dayandırdı. əvəzində Rusiya üçün alternativ bazarlar, həmçinin alternativ idxal mənbələri lazım idi. Bir çox ekspertlər bunu Moskvanın sonu hesab edirdilər, amma Bakı kimi müttəfiqlərin olduğu dövrdə belə qənaətə gəlmək tələskənlikdir. Son zamanlar inkişaf edən Bakı-Moskva münasibətləri yeni inkişaf mərhələsinə daxil olub. Sobyaninin səfəri ilə bu bir daha özünü göstərir”, - deyə nəşr vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm