• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Qubad İbadoğlu öz səsini Arif Hacılıya verəcək” - İddia

  • Nida.az
  • 25 Sentyabr 2014 17:58
  • 861 Baxış
“Qubad İbadoğlu öz səsini Arif Hacılıya verəcək” - İddia

Yazıçı - jurnalist Vahid Qazi Müsavat Partiyasının sentyabrın 27-də nəzərdə tutulan qurultayı barədə fikirlərini bölüşüb.


Publika.az xəbər verir ki, V. Qazi özünün “Facebook” səhifəsində qeyd edib ki, Müsavat Partiyasının üzvü olsaydı, onun başqanlığını haqq eləmiş namizədi dəstəkləyərdi: “Qurultaya seçilsəydim, söz alardım. Tribunaya qalxıb deyərdim ki, “Müsavat” sözünün ərəbcə nə məna verməyindən asılı olmayaraq, onun Azərbaycan türkcəsində başa düşülən bir anlamı da var – Haqq. Müsavat Partiyası xalqın millət olmaq, dövlət qurmaq haqqından yaranıb. Müsavatçılar 100 il boyu haqqa tapınıblar, haqqa inanıblar, haqları daim tapdansa belə. Şübhəm yoxdur ki, bu günün müsavatçıları da ənənəyə sadiqdirlər və Müsavatı vətəndə bərpa edən, onun idealı olan müstəqillik aktına səs verən, Qarabağ döyüşlərində onun dağlarında, çöllərində olan, demokratiya savaşlarında küçələrə, meydanlara çıxan, haqq davasında həbsxanalara düşən bir namizədə səs verəcəklər. Bir vaxtlar strukturları ölkənin az qala hər kəndini belə əhatə edən bir partiyanın qurulmasında qara fəhləlik eləmiş birini seçəcəklər. (Belə bioqrafiyası olanı başqa xalqlar əl-əl gəzir).

Yaşa dolduqca simaca da Rəsulzadəyə oxşayan Arif Hacılını başqan edəcəklər. Başqanlıq onun halalıdır! Müsavatçılar bu ölkədə haqqın hələ tam itmədiyini öz hərəkətləri ilə nümayiş etdirəcəklər. Dostumuz Qubad bəy də başqanlığı haqq eləmiş Arif Hacılının seçiminə halallığını verib elə özü ona səs verəcək. Və beləcə növbəti başqanlığı özünə haqq edəcək. Bu sözləri deyəndən sonra qurultay iştirakçılarına 2012-ci ilin yanvarında istiqlalın 20 illiyi dövlət səviyyəsində qeyd ediləndə 50 yaşını həbsxanada keçirən ölkə istiqlalına səs vermiş Arif Hacılıya həsr elədiyim “İstiqlal cəfakeşi” yazısını oxuyardım. Sonra da tribunadan düşüb namizədlərin əllərindən tutardım, birlikdə Müsavatın himnini oxuyardıq. Müsavat Partiyasının üzvü olsaydım. Amma şərt üzvlükdə deyil, özünü müsavatçı duymaqdadır. Mən də müsavatçıyam! Üzvlüyü olmayan 100 minlərlə Azərbaycan vətəndaşı kimi. Səsimi də bu gün başqanlığa haqqı çatana verirəm!”.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR