Kremlin sözçüsü: “Merkelə Bakıya baş çəkməyi məsləhət görərdim”
Bizi izləyin

Nida.az

Kremlin sözçüsü: “Merkelə Bakıya baş çəkməyi məsləhət görərdim”

“Azərbaycan sərbəst, müstəqil siyasət seçmiş ölkədir və bu, onun milli maraqlarına cavab verir”.

Publika.az xəbər verir ki, bu barədə bir neçə gün öncə Bakıda səfərdə olmuş “Rosiya Seqodnya” (keçmiş RİA-Novosti) agentliyinin baş direktoru, Kremlin mediada sözçüsü kimi tanınan Dmitri Kiselyov deyib.


Onun fikrincə, Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər: “Məsələn Almaniya və Yaponiya kimi böyük dövlətlər üçün də. Bu gün Azərbaycanın müstəqilliyi daha çox özünə “mənəm-mənəm” deyən dövlətlərə də nümunədir. Buna görə də mən Merkel və Sindzo Aboya Bakıya baş çəkməyi və bu inkişaf edən ölkənin prezidenti ilə görüşməyi məsləhət görərdim”.


D. Kiselyov qeyd edib ki, bu gün Cənubi Qafqazda antirusiya cəbhəsi yaratmaq istəyirlər.

“Bu cəbhədə Ermənistan yer almır və mən Bakıda olanda Azərbaycanın da burda olmadığı qənaətinə gəldim. Lakin belə cəhdlər var. Amerikalılar arzu edirlər ki, ya Azərbaycanda, ya da Ermənistanda hərbi baza yaratsınlar. Qafqazda antirusiya cəbhəsi Amerikanın xeyrinədir. Lakin bir şeyi unutmaq lazım deyil ki, kim Amerikaya toxunur, qırıntıya çevrilir. Liviya, Suriya, İraq, Gürcüstan və Ukrayna kimi dövlətlər belə dağıldı. Mən Qafqazda heç kimə özünü belə sınaqlar qarşısında qoymağı məsləhət görməzdim”, - deyə o bildirib.


Kiselyov əlavə edib ki, Azərbaycan bu gün yüksək templərlə inkişaf edir. O, öz həmkarlarına bunu əyani görmək üçün Bakıya səfər etməyi məsləhət görüb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm