Məşhur azərbaycanlı politoloq: “İŞİD III Dünya müharibəsini başladacaq”
Bizi izləyin

Nida.az

Məşhur azərbaycanlı politoloq: “İŞİD III Dünya müharibəsini başladacaq”

Fransanın Hərbi Hava Qüvvələrinin təyyarələri İraq ərazisində İŞİD qüvvələrinin mövqelərini vurdu, buna paralel olaraq, ABŞ qırıcıları Suriyada eyni miqyaslı əməliyyatlar aparır.

İraqın Baş naziri Heydər əl-Abadi BMT Baş Assambleyasının Nyu-York iclasında kulislərdə bildirib ki, İŞİD-çilər Paris və Nyu-York metrolarında terror aktları törətmək istəyir.


Publika.az Rusiyanın İslam Komitəsinin sədri, məşhur azərbaycanlı politoloq Heydər Camal hesab edir ki, İŞİD III Dünya müharibəsini başladacaq.

Azərbaycanlı politoloq əmindir ki, İŞİD özündən əvvəlkilərdən fərqlənir:

“Bu, yeni hadisədir. Onlar özündən əvvəlkilərdən və onlara alternativ kimi ortaya çıxan digər qruplaşmalardan fərqlənir. İŞİD siyasi cihad aparır. Hansı ki, cihad indiyə qədər teoloji olaraq aparılırdı. “Əl-Nusra” cəbhəsinin cihadında da teoloji təcrübə var. Onlar şərlə mübarizə aparır, harda ədalətsizlik görürlərsə, şəriət qanunları tətbiq edirlər. Teoloji cihad daha təmizdir və özündə siyasi məna daşımır. İŞİD isə bunun əksinədir. Onlar ilk belə təcrübədir. Hələlik taleləri tam aydın deyil. Lakin görünən odur ki, İŞİD dünyanı III böyük müharibəyə aparır. Bu qruplaşma heç kimə bağlı deyil, onlar ABŞ, Avropa və Rusiyaya eyni dərəcədə düşməndir”.

H. Camal bildirib ki, İŞİD Avropa ilə yanaşı, Ukrayna, eləcə də Koreya üçün də böyük təhlükə kəsb edir. Onun sözlərinə görə, Uzaq Şərqdə 15 milyon uyğur-müsəlmanla yanaşı, 50 milyonluq qarışıq müsəlman əhalisi var.

“Bu gün Çində kütləvi olaraq İslama axın var və bu, əlavə baza deməkdir. Bir gün həmin müsəlmanlar qeyri-ənənəvi təbliğatın qurbanına çevrilə və radikallaşa bilərlər. Bu isə Çində böyük sosial aşınmalara səbəb olacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm