
Azərbaycandan daha bir nəfər Suriyaya gedib.
Publika.az-ın özəl mənbələrdən əldə etdiyi
məlumata görə, Xudat şəhərində xəvaric qruplaşmasının rəhbəri Vaqif
Talıbov Türkiyə vasitəsilə Suriyaya gedərək cihada qoşulub. V.
Talıbov ailəsini də özü ilə birlikdə aparıb.
Məlumata görə, V. Talıbov II qrup Qarabağ əlilidir. Lakin onun
Suriyada İŞİD-ə, yoxsa digər radikal qruplaşmalara qoşulduğu məlum
deyil.
Mənbə onu da bildirib ki, iyun ayından etibarən Şimal bölgəsindən Suriyaya gedənlər intensivləşib. Məlumata görə, son dövrlər təkcə Xaçmaz rayonundan Suriyaya 56 nəfər gedib.
Asif Nərimanlı