Azərbaycanlı ata İŞİD-ə əsir düşməmək üçün iki qızını öldürdü - ŞOK OLAY
Bizi izləyin

Nida.az

Azərbaycanlı ata İŞİD-ə əsir düşməmək üçün iki qızını öldürdü - ŞOK OLAY

İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin üzvü Erşad Salihi İŞİD-in hücumundan qurtulmaq istəyən türkmanların atdığı addımlar haqda şok açıqlama verib.


Publika.az xəbər verir ki, Azərbaycan əsilli deputat bildirib ki, İŞİD türkman bölgələrini ələ keçirir və türkman qadınlarını qaçırdır: “Mənə telefonla zəng edən bir sünni türkman tayfasının ağsaqqalı dedi ki, iki qızını İŞİD-in əlinə keçməməsi üçün öz əli ilə zəhərləyərək öldürüb”.

E. Salihi qeyd edib ki, İŞİD-ə qarşı hava hücumları azdır. Onun sözlərinə görə, qurudan da hücumlara başlanmalıdır.

“Amerika havadan hücum etməsəydi, İŞİD daha çox irəliləyərdi, amma bu da kifayət etmir. Hava qüvvələri hər yeri vura bilməz. Sadəcə, çöllərdə düşərgələri vururlar. Quru qoşunları da hücuma keçərsə, ikisi bir-birini tamamlayıb İŞİD-i bitirə bilərlər. Bunun üçün də mütləq bir ordu lazımdır, yaxud da bölgədəki xalqı silahlandırıb hücuma keçməliyik”, - deyə türkman lider “Əl-Cəzirə”yə danışıb.

E. Salihi bildirib ki, İŞİD Telafer və Mosulu ələ keçirtdikdən sonra şiə türkmanları qaçmağı ən düzgün yol gördülər: “Amma hazırda sünni türkmanları İŞİD zülmü altındadır. Lakin onlar qaçmaq istəmirlər. İŞİD türkman coğrafiyasını hədəfə alıb. Orda kim olursa olsun, məzhəbi nə olursa olsun, hər kəsi məhv edir. Telaferdə çox pis bir vəziyyət yaşanır. İŞİD heç kimin dininə, məzhəbinə baxmır. İndi sünni türkmanlar da İŞİD-in əlindən qaçmaq istəyir, amma İŞİD imkan vermir. Mənə sünni türkman tayfasının ağsaqqallarından biri zəng etdi. Dedi ki, iki qızını öz əli ilə zəhərləyərək öldürüb ki, İŞİD-in əlinə keçməsinlər. İŞİD onun qızlarını almaq istəyiblər, o da buna məcbur qalıb”.

E. Salihi İŞİD-in ən çox türkmanlar üçün problem yaratdığını qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm