SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsi gizlinlərini açdı – Şok
Bizi izləyin

Nida.az

SSRİ-nin baş naziri Bakıya qoşun yeridilməsi gizlinlərini açdı – Şok

“Mən həmin vədə Xəzər vasitəsiylə Krasnovodska insanların evakuasiyası haqqında əmr verdim”.

Axar.az İzvestia.ru saytına istinadən xəbər verir ki, bu açıqlama ilə SSRİ-nin keçmiş baş naziri Nikolay Rıjkov çıxış edib. O, həmin gün Bakıda etnik zəmində qırğınlar törədildiyini söyləyib:

“Etnik zəmində ilk cinayətlər törədiləndə mən SSRİ Ali Sovetinin Rəyasət Heyətində Bakıda fövqəladə hal elan edilməsi barədə məsələ qaldırdım. Azərbaycanın Ali Sovetinin sədri Qafarova həmin dəqiqə mənə qarşı çıxdı. Nəticədə Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edildi. Bakıda situasiya qızışdırıldı, qırğınlar oldu. İnsanları pəncərədən atmağa, konteynerlərdə yandırmağa başladılar. Aeroport və dəmir yolları bağlanmışdı. Heç hara qaçmaq mümkün deyildi. Mən həmin vədə Xəzər vasitəsiylə Krasnovodska insanların evakuasiyası haqqında əmr verdim. Təxminən 300 min adam köçürüldü”.

Rıjkov Vəzirovun ona ordunun yeridilməməsi üçün xahiş etdiyini bildirib:

“Qoşunların yeridilməsi haqqında qərar Qarboçovun kabinetində qəbul olundu. Burada Lukyanov, Yazov, Kryuçkov, Bakatin və digərləri iştirak edirdi. Qarboçov Medvedyevə qoşunların yeridilməsi haqqında mətni hazırlamağı və gecə yarısına qədər KİV-də yayımlamağı tapşırdı. Medvedyev mətni gecikdirdi və səhər tezdən yayımlatdı. Qoşunlar isə iclasdan dərhal sonra hərəkətə keçdi. Mən istisna edirəm ki, Medvedyev burada tapşırıqları sabotaj etmişdi. Ya da ki, bu situasiyanın necə olacağı ilə bağlı düşünülmüş addım idi. Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi. O, ordunun saxlanılmasını xahiş etdi. Gecə Yazov zəng etdi. O da Qarboçovla əlaqə qura bilmirdi. Dedi ki, hərbçilərə atəş açırlar. Əsgərlərin arasında ölənlərin olduğu bildirilirdi. Soruşdum ki, nə edəcək. Cavab verdi ki, atəşə atəşlə cavab verdik. Gecə ərzində Qarboçov mənə üç dəfə zəng etdi. Mən ona situasiya haqqında – ölənlər, yaralananlar haqqında məruzə etdim. O yalnız bunu dedi: “Edin, edin!”

Xatırladaq ki, bu qoşunyeritmə əməliyyatında ziddiyyətlərin olduğunu və oyun qurulduğunu bu açıqlamadan da görmək mümkündür. Bakıda hərbçilərə heç bir atəş açılmayıb və ölən və ya yaralanan hərbçilərlə bağlı da heç bir fakt mövcud deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm