İsa Qəmbər: “Prezidentliyə namizəd ola bilərəm”
Bizi izləyin

Nida.az

İsa Qəmbər: “Prezidentliyə namizəd ola bilərəm”

İsa Qəmbər VIII qurultayda seçiləcək başqanın səlahiyyət müddəti başa çatandan sonra yenidən başqanlığa namizədliyini irəli sürə biləcəyini istisna etməyib.


Publika.az xəbər verir ki, Müsavat başqanı kimi sonuncu mətbuat konfransında İ. Qəmbər bildirib ki, buna ehtiyac yaranacaqsa, o, belə bir addım ata bilər: “Lakin yeni başqan daha yaxşı çalışacaqsa, yəqin ki, buna ehtiyac qalmayacaq”.


“Bundan sonra partiyada sıravi müsavatçı kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Təbii ki, hər şey mənə göstərilən etimaddan asılıdır. Partiya üzvləri məni hansısa vəzifədə görsələr, bu barədə düşünə bilərəm”, - deyə o bildirib.

İ. Qəmbər növbəti seçkilərdə prezidentliyə namizəd olmağını da istina etməyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm