Jirinovski aydınlıq gətirdi: "Anlaşılmazlıq olub" - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Jirinovski aydınlıq gətirdi: "Anlaşılmazlıq olub" - FOTOLAR (YENİLƏNİB)

Bakıda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, Rusiya Federasiyası Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski zaman-zaman Azərbaycanla bağlı mənfi fikirlər söyləməsinin, indi isə müsbət tonda danışmasının səbəblərinə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, RLDP lideri jurnalistlərə açıqlamasında deyib: “Bu, yanlışlıq anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan bütün xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbasa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılmazlıq olur”.

Qeyd edək ki, RLDP sədri Bakı şəhərindəki milli qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbdə olub və 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib.

Azərbaycan heyrətamiz ölkədir, Bakı isə çox gözəl şəhərdir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Bakıya səfəri çərçivəsində deyib.

RLDP sədri bildirib: "Azərbaycana ilk dəfə gəlirəm, daha əvvəl burada olmamışam. Mənim təəssüratlarım çox gözəldir, gözəl ölkəniz, çox yaxşı rəhbəriniz var".

Azərbaycanda rus dilinin qorunması haqqında suala cavab verən rusiyalı siyasətçi deyib ki, bu ölkədə rus dilinin belə qorunması gözəldir.

Bakıda səfərdə olan V.Jirinovski bu gün 23 saylı orta məktəbə baş çəkib. O, məktəbdə 6-cı sinif şagirdləri üçün açıq dərs keçirib, onlardan rus klassiklərinin əsərləri barədə soruşub. Həmçinin 10-cu sinif şagirdləri ilə görüşüb, onlara hədiyyələr bağışlayıb. Məktəblilər də öz növbəsində, ona suvenirlər təqdim ediblər.

Şagirdlərlə görüşdən sonra o deyib ki, möhtəşəm bina, zəkalı şagirdlər hər şeyə düzgün cavab verdilər.

Bakı haqqında təəssüratlarını bölüşən V.Jirinovski qeyd edib ki, şəhər yaxşılığa doğru çox dəyişib: "Mənim Bakıya səfərimdən 40 il keçib, şəhər çox dəyişib, xalq çox xeyirxahdır, hamı rus dilini çox yaxşı bilir, ruslara yaxşı münasibət hiss olunur".

Azərbaycanın ünvanına səsləndirdiyi tənqidi ifadələr barədə suala cavab verən V.Jirinovski bunun anlaşılmazlıq olduğunu bildirib: "Mənim qiymətləndirdiyim hansısa ayrı-ayrı hallar olub və bu qiymətləndirmələri avtomatik olaraq respublikaya və Azərbaycan xalqına yönləndiriblər və s. İndi bizim münasibətlərimiz yaxşıdır. Azərbaycanın gözəl rəhbəri var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm