• USD 1,7007 0,00% EUR 2,0209 -1,05%
    • GBP 2,2939 -0,19% RUB 0,0292 -0,34%

“Bakı Qərb ordusunu Xəzərə gətirir”- İddia

  • Nida.az
  • 26 Sentyabr 2014 14:58
  • 635 Baxış
“Bakı Qərb ordusunu Xəzərə gətirir”- İddia

Sentyabrın 29-da Həştərxanda keçiriləcək IV “Xəzər sammiti”nə hazırlıq başa çatıb. Sammitdə Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcək.


Sammitdə ən aktual məsələ Xəzərin statusu ilə bağlıdır, hərçənd bunun həll olunacağı gözlənilmir. Amma regional təhlükəsizlik məsələsi hazırkı dönəmdə vacib məsələdir. Çünki hazırda belə problemlər var.


2010-cu ildə Bakıda qəbul edilən “Bakı Bəyannaməsi” təhlükəsizlik məsələsinin hüquqi bazasında özünü əks etdirir, lakin burda ciddi boşluqlar da var.


Publika.az xəbər verir ki, politoloq Rövşən İbrahimov bildirib ki, Xəzəryanı ölkələr dənizin konkret sərhədlər boyunca bölünməsinə razılaşacaqlarsa, bu hər bir ölkənin öz sərhədinə Qərbin hərbi qüvvələrini yerləşdirmək imkanı verəcək.


Rusiyanın “Nezavisimaya Qazeta” nəşri yazır ki, hələ 2010-cu ildə Bakıda belə bir fikir var idi ki, dəniz milli sərhədlər olaraq bölünsün. Nəşr iddia edir ki, bu hər bir ölkəyə öz sərhədini qorumaq üçün istədiyi formanı seçməyə imkan verəcək ki, bu da ümumi təhlükəsizliyə təhdiddir.
Xəzərdə hərbiləşməyə qarşı ilk çıxan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan idi. Qərblilər bunu nə qədər istəsə də, Bakı Tehran və Moskvaya zəmanət verib. Aşqabad və Astana da buna razıdır. Lakin ortada hüquqi baza olmadığından bu zəmanəti etibarlı hesab etmək olmaz. Xüsusilə Qərbin Bakını ələ almaq fonunda apardığı mübarizə buna əsas yaradır.

Asif Nərimanlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>