Bakıda seçkidən öncə Ankaraya “Ağ saçlı” ilə görüşə getdi – Şok Detallar
Bizi izləyin

Nida.az

Bakıda seçkidən öncə Ankaraya “Ağ saçlı” ilə görüşə getdi – Şok Detallar

Müsavat başqanlığına namizəd Qubad İbadoğlu bir neçə gün öncə Ankaraya səfər edib.

Bu barədə Q. İbadoğlu “facebook” səhifəsində bildirib ki, bu səfər siyasi, yox, mənəvi məsələdir: “Bu gün Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin ruhu, Müsavat Partiyasını İsa bəyə əmanət edən ağsaqqalların yadigarı Cəmil Ünalın qarşısında mənəvi borcumu yerinə yetirdim. Rəsulzadənin məzarını ziyarət etdim, Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil bəylə və dərnəyin üzvləri ilə Müsavatın dünəni, bu günü və sabahı barədə söhbətləşdirk. Cəmil bəyə qurultayqabağı vəziyyət barədə məlumat verdim, platformamın əsas istiqamətlərini çatdırdım. Onun ağıllı fikirlərini dinlədim, ağsaqqal məsləhətlərinə qulaq asdım. Ürəyi Azərbaycanda olan Cəmil bəyin vətən sevgisini, Müsavata olan güvənini gördüm və çox fərəhləndim”.

Qeyd edək ki, C. Ünal da sentyabrın 27-i Müsavatın qurultayında iştirak etmək üçün Bakıdadır.

C. Ünal Məmməd Əmin Rəsulzadəni sağ görmüş sonuncu silahdaşıdır. Onun sözü demək olar ki, bu gün Müsavat üçün qanundur. 1990-cı illərdə Müsavatın bərpa olunması və İsa Qəmbərin başqanlığa gətirilməsində əməyi böyük olub. Güman etmək olar ki, C. Ünalın sözü qurultayda da əsas rol oynayacaq.

Rəsulzadə irsinin əsas simalarından olan Yəhya Taşdələnin Arif Hacılının dəstəkləməsindən sonra İbadoğlunun Ünalın yanına getməsi diqqət çəkir.

Taşdələn Publika.az-a açıqlamasında bildirmişdi ki, Müsavat başqanlığına namizədlər arasında Arif Hacılının şansı daha yüksəkdir.

“Mən 25 ildir ki, onu tanıyıram. Özü cəsarətli, partiyaya sədaqətli olduğunu, canla-başla çalışdığını görürəm. Son illərə demokratiya, hüquq mübarizəsini də gördüm. Müsavata qarşı riyakarlıq etməyib. Digər namizədləri o qədər də yaxşı tanımıram. Arif Hacılı isə başqanlığa namizəd ola biləcək şəxsdir. Onun şanslarını yüksək qiymətləndirirəm”, - deyə o qeyd etmişdi.

Bəzi məlumatlara görə, C. Ünal da A. Hacılının başqan olmasının tərəfdarıdır. Lakin o, bu barədə konkret mövqe bildirməyib.

Müsavatdakı mənbənin Publika.az-a verdiyi məlumata görə isə, Q. İbadoğlu Ankaraya məhz bu məqsədlə gedibmiş. Ondan dəstək almaq çətin olsa da, ən azından özünü Rəsulzadənin silahdaşına, başqa sözlər Müsavatın “ağ saçlısına” tanıtmaq lazımdır.

Mənbə qeyd edib ki, A. Hacılının başqan seçiləcəyi daha çox ehtimal olunur. Onun buna imkanları da çoxdur. Amma Müsavatda nüfuzlu bir qrup Q. İbadoğlunun tərəfdarıdır.

Digər ehtimala görə, sabahkı qurultayda başqan müəyyən olmayacaq. Belə ki, partiya rəhbərliyi C. Ünalın da iştirak edəcəyi qurultayda nəticədən sonra gərginliyin olmasının istəmir. Buna görə də başqan seçkilərinin ikinci tura qalacağı ehtimal olunur.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm