• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

XİN: ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir

  • Nida.az
  • 26 Sentyabr 2014 21:38
  • 341 Baxış
XİN: ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir

XİN: ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in "Avropanın təhlükəsizlik böhranının cavablandırılması: Gələcəyə baxış və ATƏT-in rolu" mövzusunda çıxışında bildirib.

 

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində cari pat vəziyyət regionda sülhə və sabitliyə böyük təhlükədir.

 

Münaqişənin həlli üçün irəliləyiş Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çıxarılması və etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların doğma yurd-yuvalarına geri qayıtması ilə ola bilər.

 

Bu addım davamlı sülh quruculuğu istiqamətində olduqca vacib olan Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin formalaşmasına kömək edəcəkdir.

 

Biz inanırıq ki, ATƏT-in üzv ölkələri yuxarıda göstərilmiş yanaşma əsasında münaqişənin tezliklə həlli istiqamətində qəti yanaşmamızı bir daha təsdiq edəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR