Hafiz Hacıyev: “Jirinovskinin səfəri bizim uğurumuzdur”
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev: “Jirinovskinin səfəri bizim uğurumuzdur”

“Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsi və burada cənab Prezidentlə görüşməsi bizim uğurumuzdur”.

Bu sözləri Publika.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

Onun sözlərinə görə, Vladimir Jirinovski indiyədək Azərbaycana düşmən münasibətdə olan adam olub:

“Ancaq biz düşməni özümüzə dost edə bildik. Düşməni ağıllandırmaqda mənim böyük xidmətlərim olub. Bunu yekəxanalıq üçün demirəm. Əgər kimsə istəsə, mobil telefonumla apardığım danışıqları yoxlaya bilər. Apardığımız bu danışıqlar nəticəsində Jirinovski həqiqəti öyrəndi. Ən yaxşı siyasət də odur ki, düşməni dosta çevirməyi bacara biləsən. Ancaq dünyada da, adətən, belə adamlardan yaxşı istifadə etmək olur.

Amma çox təəssüf ki, Jirinovski Bakıya səfəri zamanı keçirilən görüşlərə məni dəvət etmədilər. Yəni, Milli Məclisdə mənə qarşı qısqanclıqlar oldu.Bu, belə olmamalı idi. Ən azı Jirinovski ilə keçirilən görüşlərdə mənim apardığım telefon danışıqları da xatırladıla bilərdi. Ancaq bu olmadı. Görünür, kimlərsə mənim işimi qısqanır. Təbii ki, Azərbaycanda hamı məni istəyə bilməz. Mən dollar deyiləm ki, hamı məni sevsin. Bütövlükdə isə mən Jirinovskinin Azərbaycana səfərini müsbət qiymətləndirirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm