Rus icmasının rəhbəri Jirinovski ilə görüşdən imtina etdi - ÖZƏL
Bizi izləyin

Nida.az

Rus icmasının rəhbəri Jirinovski ilə görüşdən imtina etdi - ÖZƏL

“Azərbaycanın Rus İcması” təşkilatının rəhbəri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun üzvü Mixail Zabelin bu günlərdə Bakıda səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə görüşdən imtina edib.

Bu barədə Publika.az-a YAP-çı deputat M.Zabelin özü məlumat verib.

Onun sözlərinə görə, görüşdən imtina etməsinə səbəb Vladimir Jirinovskinin qeyri-ciddi hərəkəti olub.

M.Zabelin deyib: “Təqribən 3 ay bundan öncə mən Vladimir Jirinovskiyə açıq məktub ünvanlamışdım. Ancaq o, mənim müraciətimə cavab vermədi. Mən də özümə söz verdim ki, daha bu adamla görüşməyəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm