“İsa Qəmbərin gedişindən demokratiya iyi gəlmir”
Bizi izləyin

Nida.az

“İsa Qəmbərin gedişindən demokratiya iyi gəlmir”

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Müsavatın keçmiş başqanı İsa Qəmbərin partiyanın son qurultayında 2018-ci il prezident seçkilərinə namizəd müəyyənləşməsini sərt tənqid edib.


Publika.az xəbər verir ki, A. Qasımlı Müsavat partiyasının bu gedişini Rusiya prezidenti Vladimir Putinin taktikasına bənzədib: “Etibar Məmmədov İsa Qəmbərdən fərqli olaraq nəinki partiya sədri, heç gələcək prezident seçkilərinə də namizəd olmadı. İsa bəyin “gedişi” mənə Putinin gedişini xatırlatdı. Təsəvvür edin ki, Arif Hacılı indi başqan olaraq Müsavatı gücləndirməlidir, yeni maliyyə mənbələri tapmalı, struktur dəyişiklikləri etməli, yeni kadrları cəlb etməli, onları idarə etməli, seçkilərə hazırlaşmalı və s. Bütün bunlar ona görə edilir ki, partiyanın namizədi İsa Qəmbər prezident seçkilərində iştirak edə bilsin. Sanki adam başqan yox, menecer seçilib. Necə ki, Medvedev də vaxtilə Rusiyanın prezidenti idi və ya tənqid etdiyimiz AKP hökuməti kimi. Yəni burada uzaqdan-yaxından demokratiya iyi gəlmir. Əslində müsavatçılar ən pisini etdilər. Ondansa İsa Qəmbər başqan qalsaydı, heç olmasa, daha səmimi olardı”.


Qeyd edək ki, Müsavatın keçmiş başqanı İsa Qəmbər sentyabrın 27-də keçirilən qurultayda 2018-ci il prezident seçkilərinə namizəd olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm