• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müsavat parçalanır - İsa Qəmbərin qardaşından anons

  • Nida.az
  • 29 Sentyabr 2014 16:13
  • 486 Baxış
Müsavat parçalanır - İsa Qəmbərin qardaşından anons

Rövşən Qəmbər prosesin qarşısını almaq üçün həmsədrlik təklifi irəli sürüb.


Almaniyada yaşayan İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Müsavat Partiyasının ikiyə parçalanmasından narahatdır.

Publika.az xəbər verir ki, R. Qəmbər sosial şəbəkələr vasitəsilə Müsavat üzvlərinə, eləcə də, Qubad İbadoğlu və Arif Hacılıya müraciət ünvanlayıb.

O, müraciətində bildirib ki, müsavatçıların qətiyyən parçalanmasına yol vermək olmaz: “Qurultay nümayəndələrindən xahiş edirəm ki, Müsavat Partiyasının ikiyə bölünməsinə qətiyyən yol verməsinlər, İsa Qəmbər, Arif Hacılı və Qubad İbadoğlu üçlüyünün parlament seçkilərinə qədər maksimal xeyirli, uğurlu işbirliyinə başlamasına yardım etsinlər”.

R. Qəmbər təklif edir ki, Müsavat Partiyasının ikiyə bölünməməsi üçün Almaniyadakı yaşıllar və solçular partiyalarında olduğu kimi iki həmsədr institutu təsis olunsun: “Dünənki qurultayda ən çox səs alan Arif Hacılının və Qubad İbadoğlunun həmsədr olmaları üçün yaxşı olardı ki, qurultayda nizamnaməyə dəyişiklik edərək həmsədrlik təsis olunsun. Qurultayın və yeni Məclisin maksimal işbirliyi nəticəsində Müsavat Partiyasına kollegial başqanlıq sistemi yaranmasına, lütfən yardımınızı əsirgəməyin”.


Qeyd edək ki, Q. İbadoğlunun seçkidə məğlubiyyəti partiyanın parçalanma ehtimallarını artırıb. O, öz komandasının heç bir seçkili orqanda təmsil olunmayacağını açıqlayıb.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR