“İsa Qəmbər tarixə İlham Əliyevə məğlub olmuş siyasətçi kimi düşüb”
Bizi izləyin

Nida.az

“İsa Qəmbər tarixə İlham Əliyevə məğlub olmuş siyasətçi kimi düşüb”

Onsuz da İsa Qəmbər Azərbaycan siyasi tarixinə İlham Əliyevə məğlub olmuş, Əbülfəz Elçibəyin hakimiyyətini parçalamış, 1998-ci ildə Əbülfəz Elçibəyin müxalifətin vahid namizədi olmasına əngəl olmuş uğursuz bir başqan kimi düşüb.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə deyib. Publika.az həmin müsahibəni təqdim edir:

- Niyaməddin bəy, bu gün həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa “Saxarov mükafatı”nın verilməsilə bağlı məlumat yayılıb.

- Düşünürəm ki, Leyla Yunusun kim olduğunu və bu millətə necə xəyanət etdiyini çoxları bilir. Bu adamdan lazımsız bir “qəhraman” düzəldənlər də çox yaşı bilirlər ki, məhs AXC hakmiyyəti dövründə Leyla Yunus xarici kəşfiyyat orqanlarının əməkdaşlarına hansı məlumatları ötürürmüş. İndi Leyla Yunusu müdafiə edən Əli Kərimli və başqaları niyə unudur ki, elə Leyla Yunus bunların hakmiyyətinə və bu millətə xəyanət edirdi. Nə tez yadlarından çıxıb?! Həmin dövrdə Leyla Yunus Müdafiə Nazirliyində mühüm vəzifə tutub. Onun səs yazıları Elçibəy hakmiyyətinin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qeydə alınıb. Mərhum Əbülfəz Elçibəy də həmişə Leyla Yunusun anti-milli insan olduğunu və ən başlıcası da, xəyanətkar biri olduğunu deyirdi. Yəni Əbülfəz bəy prezident olanda onun Leyla Yunus haqqında kifayət qədər məlumatları olub. İndiki vəziyyətdə Leyla Yunusun həbsxanada yatması onun xeyrinə işləyən faktordur. Bu adama bu cür mükafat verə bilərlər. Çünki Azərbaycan dövlətinin milli maraqlarını sevməyən bəzi beynəlxalq təşkilatlar bundan maksimum istifadə edir. Və gözləniləndir ki, Azərbaycan dövlətinin və hakmiyyətinin imicini korlamaq üçün Leyla Yunusa bu mükfatı versinlər və sonradan bütün dünyaya bağırsınlar ki, bu cür mükafatın sahibi həbsxanadadır...

Satqın bir adama bu qədər önəm verilməməli idi. Leylanın simasını əsl cəbhəçilərin və Milli Azadlıq Hərəkatının iştirakçılarının vasitəsilə ifşa etmək lazımdır...

- Yeri gəlmişkən, Əkrəm Əylisli də “Nobel sülh mükafatı”na namizədlər sırasındadır. Bu mükafat oktyabrın 10-da təqdim olunacaq.

- Şəxsən mən gözləyirəm ki, Əkrəm Əylisliyə bu mükafatın verilmə ehtimalı var. Ona görə ki, Əkrəmin bu mükafata namizədliyini ruslar və ermənilər təşkil edib. Artıq məndə heç bir şübhə yoxdur ki, Əkrəmin “Daş yuxular” əsərinin süjet xəttini ermənilər hazırlayıb. Orda yazılan faktları, tarixi hadisələri ermənilər saxtalaşdıraraq Əkrəmə təqdim ediblər və o da bu saxta faktlarıı özünün adından çap edib. Əkrəm Əylisli “Nobel sülh mükafatı” ala bilər. Ancaq ona xalqın nifrəti bu mükafatı heçə endirəcək. Öz xalqını satan birisinə istənilən mükafat verilə bilər.

- Müsavat Partiyasının qurultayı keçirildi və Arif Hacılı yeni başqan seçildi. Ancaq mətbuat yazdı ki, hər zaman demokratiyadan danışan İsa Qəmbərin sədri olduğu partiyada seçkilər heç də demokratik dəyərlərə cavab vermədi.

- İsa Qəmbər - Arıf Hacılı razılaşması və nəhayət ki, baş tutdu. İsa Qəmbər qurultayın keçirilməsinin uzadılmasını 4 ildən artıq saxlaya bilmədi. Mən hər zaman demişdim ki, İsa Qəmbər başqan qalmaq niyyətindədir, sadəcə, Arfi Hacılı imkan vermir və onlar arasında olan razılaşma həyata keçirilməlidir. İndiyə qədər Müsavat Partiyasında kimlər Arif Hacılıya məğlub olub partiyadan istefa vermədilər ki? Faktiki, qurultayda toplanan səslər də bunu göstərdi ki, Müsavat çoxdan ikiyə parçalanmış vəziyyətdədir.

Arif Hacılı istefa verənlərin hamısına qalib gəlmişdi və partiyada “gücünü” göstərmişdi. Digər tərəfdən, bir fakt bunlara çox gülünc vəziyyətə salıb. 4 ildir İsa Qəmbər bütün günü mediada deyirdi ki, Müsavatın qurultay nümayəndələri 800 nəfərdi və qonaqlarla bir yerdə 1200-dən artıq iştirakçı olacaq, hakimiyyət isə 600 nəfərlik zal təklif edir. Məhz bu səbəbə görə İsa Qəmbər partiyanın qurultayının keçirilməsini yubadırdı. Ancaq 27 sentyabrda məlum oldu ki, sən demə, qurultayda iştirak edənlərin sayı 450 nəfər olub. Belə çıxır ki, ən azı 300 nəfər qurultay iştirakçısı qatılmayıb?! Digər tərəfdən, Müsavatın nizamnaməsinə görə, 4 ildən bir partiyanın qurultayı keçirilməlidir və 4 ildir ki, qurultay keçirlmir. Ancaq bunlar 4 il bundan qabaq seçilən nümayəndələrlə növbəti qurultay keçirdilər. Bu faktın özü İsa Qəmbərin necə bir demokratik fikirli birisi olduğuna bariz nümunədir. İsa Qəmbərin 2018-ci ildə prezidentliyə namizəd kimi irəli sürülməsi isə Arıf Hacılıya qarşı həqarətdir. Bu adam 22 ildir partiyaya heç bir uğur gətirməyib və artıq başqanlıqdan gedib. Partiyanın qurultay nümayəndələri yeni başqan seçiblər. 2018-ci ildə başqanın deyil, İsa Qəmbərin prezidentliyə namizəd olaraq irəli sürülməsi, həm də o deməkdir ki, uğursuzluq bundan sonra 20 il də davam edəcək.

- Bundan sonra bu partiyada nələr baş verə bilər? Çünki belə bir fikir var ki, partiyanın dağılması üçün Arif Hacılı yaxşı namizəddir.

- Şəxsi qənaətim budur - İsa Qəmbər Arif Hacılıya vəd verməsinə baxmayaraq, çox çalışdı ki, öz yerlisi Qubad İbadoğlu başqan seçilsin. İsa Qəmbərin dəstəyi olmasaydı, Qubad İbadoğlu heç vaxt İsa Qəmbərin müavinlərinin, partiyada olan vəzifəli şəxslərin dəstəyini alıb 450 nəfərin 200 səsini qazana bilməzdi. Sadəcə, Arif Hacılı çox az səslə bunlara qalib gəldi. Artıq dünəndən Müsvatda istefalar başlayıb. Bu gözlənilən idi. Yaxın zamanlarda Müsavatdan xeyli istefalar olacaq. Arıf Hacılı partiyada əleyhdarlarının heç birini saxlamayacaq. Artıq Vurğun Əyyub kimilər Arif Hacılının legitimliyini tanımır. Bu partiyada nə baş verməsindən asılı olmayraq, Müsavatın heç bir perspektivi yoxdur.

- Növbəti prezident seşkilərində Müsavatın başqanı kimi Arif Hacılının deyil, eks-başqan İsa Qəmbərin namizədliyinin veriləcəyinə münasibətiniz necədir?

- Partiyanın lideri təşkilatın yükünü çiyinlərində çəkən və partiyaya uğurlar gətirmək bacarığında olan şəxs sayılır. Ancaq bu gün Müsavatda bunun əksini görürük. İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verməklə, daha doğrusu, dəstəkləməklə Arif Hacılı partiyada hansı uğuru qazanacaq? Onsuz da İsa Qəmbər Azərbaycan siyasi tarixinə İlham Əliyevə məğlub olmuş, Əbülfəz Elçibəyin hakimiyyətini parçalamış, 1998-ci ildə Əbülfəz Elçibəyin müxalifətin vahid namizədi olmasına əngəl olmuş uğursuz bir başqan kimi düşüb. Həm də 10 ildir ki, prezident seçkilərində İsa Qəmbər İlham Əliyevə rəqib olmağa cəsarət etmir. İsa Qəmbər tarixə qovuşmuş bir şəxsdir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm