• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"AŞ PA-da münaqişə ilə bağlı müzakirələrin aparılması vacibdir"

  • Nida.az
  • 29 Sentyabr 2014 22:05
  • 311 Baxış
"AŞ PA-da münaqişə ilə bağlı müzakirələrin aparılması vacibdir"

AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılması vacibdir. Trend-in məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında qurumun Daimi komitəsinin fəaliyyətinə dair hesabat ətrafında aparılan müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O, qeyd edib: "Hər dəfə regionumuzda cərəyan edən problemlərlə bağlı anlaşmaya yaxınlaşdıqda - bu xüsusda Dağlıq Qarabağ münaqişəsini qeyd etmək istərdim - AŞ PA-dakı erməni deputatlar bildirirlər ki, bu problemləri yalnız ATƏT-in Minsk qrupu həll etmək imkanındadır. Bəs hazırkı Assambleya Dağlıq Qarabağ üzrə Alt komitə yaratmaq istəyəndə siz harada idiniz? Biz məsələyə dair sizinlə burada müzakirələr aparmaq istədik. Siz isə bundan imtina etdiniz. Bizim Assambleyanın sədri hər iki ölkənin nümayəndə heyətlərinə danışıqlar masası ətrafında oturmağı, bu mürəkkəb vəziyyətdən qəbul edilə biləcək çıxış yolu tapmaq üçün təkliflə çıxış etdiyi zaman siz harada idiniz? Siz yenə də imtina etdiniz. Avropa Şurası və AŞ PA-nın erməni və ya Azərbaycan tərəfini deyil, özünün təyin etdiyi bitərəf məruzəçisinin mövqeyini eşitməyə belə razılıq vermirsinizsə və hər dəfə yox deyirsinizsə, o zaman biz nəyi müzakirə edə bilərik ki? Bu kimi məsələlərdə Avropa Şurasının səsini eşitməyin vaxtıdır".

O, əlavə edib ki, Azərbaycandan və Ermənistandan deyil, Avropa Şurası tərəfindən gələn obyektiv məlumatlar və obyektiv hesabat olduqca vacib bir məsələdir: "Hesab edirəm ki, bu, AŞ PA-nın gündəliyindən bu məsələni çıxartmaq istəyənlər üçün çox vacib bir siqnal olardı".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR